Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2021
14:21
İranın tanınmış din alimi Roma Papasına müraciət edib

İranın dini-elmi təhsil müəssisələrinin rəhbəri Ayətullah Əlirza Ərafi İsrailin Qəzza və Əqsaya etdiyi hücumları ilə bağlı Roma Papası Fransiskə məktub ünvanlayıb.

Mehr agentliyi xəbər verir ki, məktubda deyilir:

“Sizdən istəyimiz budur ki, mövqeyinizdən istifadə edərək, ən müqəddəs torpaq sayılan Əqsanın sülhü və sabitliyi istiqamətində addımlar atasınız.”

Məktubda İŞİD-lə mübarizədə Fransiskin təcrübəsinə işarə edən Ayətullah Ərafi,  bu təcrübənin İsrailin Fələstinə etdiyi hücumlarında da müvəffəqiyyətli ola biləcəyini vurğulayıb.

Roma Papasının dinlərarası münasibətlərdə müsbət rolundan yazan Əlireza Ərafi, Fransiskdən İsrailin Qəzzada törətdiyi cinayətlərini dayandırılması istiqamətində lazimi addımlar atmasını istəyib:

“Əfsus, bu müqəddəs torpaqda sülhdən bir xəbər yoxdur. Sülhün yerinə orada zülm və təcavüz hökm sürür. Bu təcavüzlərin nəticəsində çoxlu sayda insani faciələr mövcuddur. Burada sionist rejimi qeyri-qanuni olaraq formalaşıb". 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ Husilərin legitimliyini tanıdı

25

İyun
10:25
DÜNYA
720
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 17:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru