Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2021
11:59
İranın nüvə proqramına dair danışıqların daha bir mərhələsi başlayır

İranın nüvə proqramına dair Müştərək Əhatəli Tədbirlər Planını (JCPOA) yenidən icraata qaytarmaq barədə danışıqlar əyani formatda Vyanada iyunun 12-dən davam etdiriləcək.

Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) bu barədə açıqlamasında Çin, Fransa, Almaniya, Rusiya, Birləşmiş Krallıq, İran daimi nümayəndələrinin iştirakı ilə keçiriləcək danışıqlara Aİ ali nümayəndəsi Josep Borrelin adından EEAS siyasi direktoru Enrik Mora sədrlik edəcək. Danışıqlarda JCPOA-ya ABŞ-ın qayıtması imkanları və bu planın tam, səmərəli icrası yolları müzakirə olunacaq.

Qeyd edək ki, JCPOA-nın ilkin variantda bərpa olunmasına dair danışıqlar aprel ayından aparılır. Ekspert qrupları tərəfindən JCPOA-nın bərpası çərçivəsində İrana qarşı sanksiyaların ləğv olunması və həmin ölkənin sözügedən sənəddə nəzərdə tutulan öhdəliklərini yerinə yetirməsilə bağlı çalışmalar aparılır.

Həmçinin 2018-ci ildən JCPOA-nı tərk edən, indi isə qayıtmağı düşünən ABŞ nümayəndələri ilə JCPOA üzv ölkələr arasında danışıqlar da davam edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan ABŞ-a yeni səfir təyin edib

26

İyul
15:04
SİYASƏT
300

Sabahın hava proqnozu açıqlanıb

26

İyul
13:20
ÖLKƏ
309
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-07-2021 08:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru