Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Oktyabr

2021
13:14
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib

İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edibMəhəmməd Baqeri və Qamar Caved Bacva

Pakistanın paytaxtı İslamabadda səfərdə olan İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi briqada generalı Məhəmməd Baqeri Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacva ilə görüşüb.

Görüşdə Pakistanla İran arasında ikitərəfli əlaqələr, müdafiə sahəsində əməkdaşlıq və Əfqanıstan da daxil olmaqla regional məsələlər müzakirə edilib.

M.Baqeri Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə də görüşəcək.

İran nümayəndə heyəti ilə Pakistan təmsilçiləri arasında terrorçuluğa qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi, dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi, informasiya mübadiləsinə dair məsələlər müzakirə olunacaq. Tərəflər eyni zamanda, müdafiə sahəsinə dair məsləhətləşmələr aparacaqlar.(Report)

Məqalədə : İran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
431

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
583

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
588

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
614

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
605
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2021 10:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru