Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Mart

2020
13:40
İranın Azərbaycandakı səfirliyi açıqlama yayıb

İranın Azərbaycandakı səfirliyi iki ölkə arasındakı sərhəd keçidlərinin son vəziyyəti ilə bağlı açıqlama yayıb.

Son məlumatlara görə, iki ölkə arasında birbaşa uçuşlar dayandırılıb:

"Azərbaycan rəsmiləri İran vətəndaşlarının Azərbaycan Respublikasını tərk etməsinə şərait yaradır, lakin İran vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmasına icazə vermir.

Azərbaycan rəsmiləri həmçinin öz vətəndaşlarının İrana səfərinə icazə vermir, lakin İranda qalan vətəndaşlarının ölkəyə geri qayıtmasını təmin edir. Bu vətəndaşlar geri qayıdarkən tibbi müayinədən keçməli və koronavirusa yoluxma şübhəsi qeydə alınarsa, karantinə alınacaqlar.

Yük avtomobillərinin sərhəddən keçidi qismən təmin olunur və virusa yoluxanlar karantinə alınırlar.

Ümumilikdə, iki ölkə arasında gediş-gəliş əvvəlki kimi deyil. Eyni zamanda bildirmək lazımdır ki, İran vətəndaşları üçün təşkili nəzərdə tutulan bütün Novruz tədbirləri ləğv olunur.

Səfirlik İranda koronavirusun nəzarət altına alınmasının sərhəd əlaqələrinin normallaşmasına kömək edəcəyinə ümid edir və fürsətdən istifadə edərək, Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik arzu edir".

Məqalədə : İran səfirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4662

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3162

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2521

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2096
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 02:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru