Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2020
12:39
İranın ABŞ bazalarına hücumu qurbanlarının sayı bir qədər də artdı

İranın ABŞ-ın İraqdakı bazalarına hücumu qurbanlarının sayı 60-ı keçib. Bu barədə Pentaqondakı mənbələrə istinadən CNN məlumat yayıb.

64 nəfərin beyin travması aldığı qeyd olunur.

Xatırladaq ki, yanvarın 8-i İranın İraqda yerləşən ABŞ hərbi bazalarına endirilən zərbədən sonra Amerika prezidenti Donald Tramp bu zərbəni gözlədiklərini, bazaları boşaltdıqlarını və heç bir itkilərinin olmadığını açıqlamışdı. İran tərəfi isə raket zərbələri zamanı 80-ə yaxın ABŞ əsgərinin öldüyünü, 200-dən çox yaralının olduğunu açıqlamışdı.

Daha sonra mediaya məlumat sızdırılaraq 11 əsgərin yaralandığı açıqlandı. Bundan iki gün sonra isə yaralı sayının 21 olduğu bildirildi. Sözügedən rəqəm bir neçə gün fasilə ilə 36 oldu. Yanvarın 28-də yaralı sayını "Pentaqon" sözçüsü general-polkovnik Tomas Kempbel 50 göstərdi.

Məqalədə : iran İraq ABŞ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İstirahət günlərinin hava proqnozu

28

Fevral
17:41
ÖLKƏ
282

Iranda daha 4 deputat koronavirusa yoluxub

28

Fevral
16:27
DÜNYA
300

Sabaha olan hava proqnozu açıqlanıb

28

Fevral
16:13
ÖLKƏ
337

Maştağada quş kəsimi sexi bağlanıb

28

Fevral
15:57
ÖLKƏ
323

Kirayə mənzillərə qeydiyyat başladı

28

Fevral
14:30
ÖLKƏ
360
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-02-2020 22:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru