Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Avqust

2021
10:57
İran Livana daha bir yanacaq tankeri göndərib

Livan "Hizbullahı"nın lideri seyid Həsən Nəsrullah hərəkatın komandirlərindən olan Abbas əl-Yətamanın ildönümü mərasimində çıxışı zamanı İranın ABŞ sanksiyalarına məruz qalan Livana daha bir yanacaq tankerinin göndərdiyini deyib.

Bu barədə əl-Məyadin məlumat yayıb. 

Onun sözlərinə görə, ABŞ və Səudiyyə Ərəbistanı ölkədə vətəndaş müharibəsini başlatmaq üçün planlar hazırlayır.

Həsən Nəsrullah vurğulayıb ki, son zamanlarda da ölkəyə yanacağın gətirilməsinə müxtəlif yollarla mane olan ABŞ İran neftinin Livana gətirilməsini görərək, Misir və İordaniyadan yanacaq və elektrik enerjisinin idxalını təklif edib.

Həmçinin Hizbullah lideri qeyd edib ki, ötən həftə İrandan Livana bir gəmi çıxıb və onun ardından son gündə daha bir yanacaq gəmisi Livan istiqamətində üzməkdədir.

Bundan əlavə, Nəsrullah beynəlxalq sulara daxil olan bu gəmiləri Livan ərazisi kimi qiymətləndirib və onların təhlükəsizliyi ilə bağlı ABŞ və İsrailə xəbərdarlıq edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
934
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 14:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru