Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2021
12:44
İran şimal-qərbində irimiqyaslı təlimlərə start verib

İran Silahlı Qüvvələrinin Quru Qoşunları ölkənin şimal-qərbində irimiqyaslı təlimlərə start verib.

Bu barədə Mehr agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, “Fatihan Xeybər” adlı təlimlərdə toplar, pilotsuz uçuş təyyarələri, helikopterlər və zirehli texnikalardan istifadə olunur.

Həmçinin məlumatda vurğulanır ki, təlimdə İran Ordusu Quru Qoşunlarına aid 216 və 316-cı zirehli briqada, 25-ci briqada, 11-ci topçu qrupu, PUA qrupu və 433-cü döyüş mühəndisliyi iştirak edir.

İran Quru Qoşunlarının komandanı, general Kyumərs Heydəri deyib ki,

hərbi təlimlərin keçirilməsində məqsəd bölgədə İran ordusunun hərbi gücünün artırılmasıdır.

O qeyd edib ki, İran Silahlı Qüvvələri ölkənin müxtəlif bölgələrində xüsusi proqram əsasında məlum təqvimlərdə təlimlər keçirir.

Qeyd edək ki, təlimlərin neçə gün davam edəcəyi qeyd olunmayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tibbi maska istehsalı 83% artıb

19

Oktyabr
12:23
İQTİSADİYYAT
135

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

19

Oktyabr
11:15
SİYASƏT
225

Neft yenidən bahalaşıb

19

Oktyabr
09:43
İQTİSADİYYAT
220

AMB-nin valyuta məzənnələri

19

Oktyabr
09:14
İQTİSADİYYAT
210

Maduro İrana gedir

18

Oktyabr
14:22
DÜNYA
363
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2021 13:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru