Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2021
14:30
İran elektron sistemləri əleyhinə birgə təlimlərə başlayır

Mayın 25-i İranda ölkə ordusunun dörd qolunun elektron strateji bölmələrinin iştirakı ilə "Heavenly Shield 1400" adlı birgə təlimlər keçiriləcək.

Yerli mətbuat xəbər verir ki, İran İslam Respublikası ordusu koordinatorunun müavini, vitse-admiral Həbibollah Səyyarinin sözlərinə görə, İsfahan bölgəsində keçiriləcək birgə təlimlərdə quru qoşunları, hava hücumundan müdafiə, hava və dəniz qüvvələrinin sürətli reaksiya qüvvələri, eləcə də elektron əleyhinə  sistemlər öz diqqətini radioelektron hücumlarının aleyhinə mübarizəsində hücum və müdafiə taktikalarına yönəldəcək. Beləliklə də bu həssas və strateji sahədəki son nailiyyətlər və döyüş qabiliyyətləri nümayiş etdiriləcək.

Bugünkü qarşıdurmaların əməliyyat və kəşfiyyat arenasında elektron müharibələrin xüsusi əhəmiyyətinə toxunan Səyyari İran İslam Respublikası Ordusu elektron müdafiə üçün lazımlı infrastruktur yaratdığını və bu təlimlərdə ordu hər ölçüdə düşmən siqnalları haqqında məlumat toplamaq daxil olmaqla müxtəlif üsulları tətbiq edəcək. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 18:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru