Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyun

2021
15:39
İran dövlətinin sözçüsü Vyanadakı danışıqlara münasibət bildirdi

İran Hökümətinin sözcüsü Əli Rəbii Avstriya paytaxtı Vyana şəhərində 4+1 dövlətləri arasında nüvə sazişinə qayıtmaq və İrana qarşı sanksiyaların ləğvi ilə bağlı aparılan müzakirələrə münasibət bildirib. 

Bu barədə İRNA agentliyi məlumat yayıb. 

Mətbuat konfransında çıxış edən İran rəsmisi hazırki Administrasiyanın dövründə nüvə sazişinin tam şəkildə bərpa edilməsinə ümidvar olduğunu vurğulayıb.

Həmçinin Rəbii nüvə danışıqlarında siyasi dalana girməsi ilə bağlı fikrləri qətiyyətlə rədd edib.

Eyni zamanda cari ayın 18-i İranda keçiriləcək prezident seçkilərinə toxunan dövlət sözcüsü iyun ayının İran xalqı  üçün tarixi və həlledici ay olduğunu söyləyib. 

Qeyd edək ki, bundan əvvəl İranın Xarici İşlər Nazirliyinin Siyasi Məsələlər üzrə müavini və İranın Avstriya paytaxtı Vyanadakı nümayəndə heyətinin başçısı Abbas Əraqçi heyətlərin məsləhətləşmələr üçün ölkələrinə qayıda biləcəklərini açıqlayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ Husilərin legitimliyini tanıdı

25

İyun
10:25
DÜNYA
560

Neftin bahalaşması davam edir

25

İyun
09:25
İQTİSADİYYAT
880

AMB-nin valyuta məzənnələri

25

İyun
09:14
İQTİSADİYYAT
890
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 16:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru