Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2021
16:30
İranda ötən sutka 310 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 310 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 77 532 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 13 930 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 779 415 nəfərə çatıb. Virus daşıyıcılarından 5 173 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 2 258 046 nəfər koronavirusdan sağalıb, 18,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 2,57 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2,17 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 407 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 3 şəhər qırmızı və 262 şəhər narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan şəhərlərə gediş-gəliş qadağandır. Bundan başqa 183 şəhər sarı zona hesab olunur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ husilərin legitimliyini tanıdı

25

İyun
10:25
DÜNYA
170

Neftin bahalaşması davam edir

25

İyun
09:25
İQTİSADİYYAT
630

AMB-nin valyuta məzənnələri

25

İyun
09:14
İQTİSADİYYAT
670
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 10:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru