Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2021
20:32
İranda səsverənlərin sayı 22 milyonu keçib

İranda 13-cü çağırış prezident seçkilərində səsverən vətəndaşların sayı yerli vaxtla 07:00-dan - 19:30-dək 22 milyon nəfəri keçib.

Bu barədə İran mediası məlumat verir.

Məlumata görə, bu say seçicilərin təxminən 37%-ni təşkil edir. Seçkilərdə iştirakçı sayının 50%-i keçəcəyi proqnoz edilir.

Qeyd edək ki, bu gün İranda 13-cü çağırış prezident seçkiləri yerli vaxtla 07:00-da başlayıb. Seçkilərdə prezidentlik uğrunda 4 namizəd – İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi, İranın Məhkəmə Sisteminin sədri İbrahim Rəisi, İran parlamentinin sədr müavini Əmir Hüseyn Qazizadə Haşemi və İranın Mərkəzi Bankının sabiq baş direktoru Əbdülnasir Hemməti rəqabət aparır. Prezident seçkilərinin gecə saat 00:00-dək davam etməsi nəzərdə tutulub və səsvermə müddəti lazım gələrsə 02:00-dək uzadıla bilər. 13-cü çağırış prezident seçkilərində 59,3 milyon seçicinin səsvermə hüququ var.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan ABŞ-a yeni səfir təyin edib

26

İyul
15:04
SİYASƏT
235

Sabahın hava proqnozu açıqlanıb

26

İyul
13:20
ÖLKƏ
224
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-07-2021 04:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru