Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 May

2021
14:37
İranda son sutkada 344 nəfər koronavirusdan vəfat edib

İranda ötən sutka ərzində 344 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 73 219 nəfərə yüksəlib.

Ötən sutka ərzində 20 150 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 575 737 nəfərə çatıb. Virus daşıyıcılarından 5 477 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 2 022 586 nəfər koronavirusdan sağalıb, 16,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 1,31 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1,08 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 231 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 102 rayon qırmızı və 235 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 111 rayon sarı zona hesab olunur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
80

Neft yenidən ucuzlaşıb

14

May
09:45
DÜNYA
296

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
577
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-05-2021 12:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru