Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Fevral

2020
12:10
İrandan “Sədərək” Ticarət Mərkəzinə mal gətirilməsi dayandırıldı

İran İslam Respublikasından Azərbaycanda fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinə satış üçün malların gətirilməsi dayandırılıb.

Bu barədə Trend-ə açıqlamasında mərkəzin mətbuat xidmətini rəhbəri Mikayıl Qədimov deyib.

Onun sözlərinə görə, İrandan “Sədərək” Ticarət Mərkəzinə, əsasən, xalça və digər toxuculuq məhsulları gətirilir:

“Həmin mallar isə artıq gətirilmir. Həm indiki vaxtda bazarda İran malları işləmir. Xalça biznesi ilə məşğul olan şəxslərin əvvəlki aylardan gətirdiyi mallar hələ satılmayıb. Ona görə də İrandan “Sədərək” Ticarət Mərkəzinə malların gətirilməsi dayandırılıb.

Bazara, əsasən, Türkiyə və Çindən mallar gətirilirdi ki, koronavirusla bağlı Çindən də malların gətirilməsi dayandırılıb. İndi bazara ancaq Türkiyədən mallar gətirilir”.

Məqalədə : Sədərək? koronovirus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47452

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45625

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47236

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46815

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52366

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46497

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46916
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2020 00:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru