Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Avqust

2021
14:59
İranda daha 643 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 643 nəfər koronavirusdan (COVID-19) ölüb, 31 319 nəfər yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 107 794 nəfərə, yoluxanların sayı isə 4 992 063 nəfərə çatıb. Virus daşıyıcılarından 7 879 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 4 205 927 nəfər koronavirusdan sağalıb, 28,8 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 27,5 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 18,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 8,7 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 306 rayon qırmızı, 110 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
934
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 13:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru