Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Sentyabr

2021
10:58
İran Britaniyadan borcunu tələb edib

İran İslam İnqilabından öncə Britaniya hökumətinə hərbi müqavilə çərçivəsində ödənilən pulların qaytarılmasını tələb edib.

Mehr agentliyi xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan rəsmi Tvitter hesabında yazıb.

"Britaniya xarici işlər naziri Domenik Raabla telefon danışığında bir sıra qarşılıqlı əlaqələr müzakirə edilib və İran tərəfi  Britaniyadan sabiq borcunun qaytarılmasını tələb edib", - paylaşımda deyilir.

Qeyd edək ki, İslam İnqilabından öncə 1,500 tank və zirehli texnikanın İrana satılması qarşılığında rəsmi Tehrandan 400 milyon funt-sterlinq alan Britaniya bu silahları İrana təhvil verməyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
934
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 13:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru