Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2021
09:24
İran BMT Baş Assambleyasında səs vermə hüququndan məhrum olunub

İran və Mərkəzi Afrika Respublikası (MAR) təşkilata olan ödənməmiş borcları səbəbindən BMT Baş Assambleyasında səsvermə hüququndan məhrum edilib.

“RİA Novosti” xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterreşin BMT Baş Assambleyanın sədri Volkan Bozkıra yazdığı məktubda deyilir.

“Hazırda beş üzv ölkə BMT Nizamnaməsinin 19-cu maddəsinin şərtlərinə uyğun olaraq borcludur”, - deyə məktubda qeyd olunub.

19-cu maddəyə əsasən, borclu olan BMT üzvü “borclarının miqdarı əvvəlki iki il ərzində olan borcun məbləğinə bərabər və ya artıq olduqda, Baş Assambleyada səs verə bilməz”.

Məktubda borclular siyahısına beş dövlət daxildir: MAR, İran, San-Tome və Prinsipi, Komor adaları və Somali. Buna baxmayaraq, Baş Assambleya son üç üzvün bu sessiyanın sonuna qədər səs vermə hüququnu saxlayıb.

Quterreşin məktubuna görə, səs hüququnu bərpa etmək üçün İranın təşkilat büdcəsinə 16 251 298 dollar, MAR isə 29 395 dollar borcludur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda istehlak bazarı cüzi kiçilib

15

İyun
12:53
İQTİSADİYYAT
307

Sabahın hava proqnozu

15

İyun
11:44
ÖLKƏ
300

Azərbaycan neftinin qiyməti 74 dolları keçib

15

İyun
09:26
İQTİSADİYYAT
585
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2021 04:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru