Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Avqust

2021
11:26
İran BAEA-nın hesabatına münasibət bildirib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səd xətibzadə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İranın nüvə proqramı ilə bağlı yeni hesabatına münasibət bildirib. 

Bu barədə Mehr agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, İran İslam Respublikasının bütün nüvə proqramları öhdəliklərə tam uyğundur və BAEA-nın nəzarəti altında həyata keçirilir.

"Əgər ABŞ və Hərtərəfli Birgə Fəaliyyət Planının (JCPOA) digər iştirakçıları sazişin müddəalarının tam və qeyd-şərtsiz icrasına başlamasa, İran İslam Respublikası sülh məqsədli nüvə proqramını öz mənfəətlərini qorumaq üçün yalnız şəxsi ehtiyacları və qərarları əsasında davam etdirəcək", - deyə XİN rəsmisi vurğulayıb.

Sonda Xətibzadə İranın nüvə proqramının yalnız sülh xarakterli olduğunu bir daha qeyd edib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
934
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 14:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru