
İran İslam Respublikası koronavirus dövründə etdiyi köməklik və əməkdaşlıqlara görə, Azərbaycana təşəkkür edib.
İranın Bakıdakı səfirliyindən verilən məlumata görə, bunu İranın energetika naziri Rza Ərdəkanian Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə telefon söhbətində deyib.
R.Ərdəkanianın sözlərinə görə, Azərbaycan koronavirusla mübarizə ilə əlaqədar maliyyə yardımı edib və koronavirus dövründə İran vətəndaşlarının Azərbaycandan ölkələrinə göndərilməsi və İranın tranzit yük maşınlarının Azərbaycan ərazisindən istifadə etməsinə imkan yaradıb.
Ş.Mustafayev bildirib ki, Azərbaycan İranla münasibətlərin hərtərəfli şəkildə inkişaf etdirilməsinə hazırdır.
Ş.Mustafayevin sözlərinə görə, Azərbaycan üç ölkənin (Azərbaycan, Rusiya və İran) elektrik enerjisinin sinxronlaşdırılması kimi birgə layihələri diqqət mərkəzində saxlayacaq.
Telefon söhbətində iki ölkənin enerji sektorunda birgə layihələrinin icra olunması haqda müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin 7 martda verdiyi məlumata əsasən, koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan hökuməti tərəfindən humanitar əsaslarla İrana 5 milyon dollar məbləğində maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edilib.

Bu il Ceyhan limanından 63 milyon bareldən çox BTC nefti yola salınıb
21
Aprel
Zelenski ehtiyatda olan hərbçilərin xidmətə çağırılması haqda qanun imzaladı
21
Aprel
ABŞ generalının etirafı: İranın PUA-ları havadakı üstünlüyümüzü əlimizdən alıb
21
Aprel- 21-04-2021 09:58 Rəsmi Bakı Ermənistan XİN-ə cavab verdi
- 20-04-2021 15:08 Natiq Cəfərli ilə Tofiq Yaqublu arasında gərginlik
- 20-04-2021 12:53 Merkeldən Qarabağ açıqlaması: "Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunmalıdır"
- 19-04-2021 15:40 Bakıda parkda abadlıq işlərinə 5 milyon manat ayrılıb
- 19-04-2021 10:21 İlham Əliyev “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib - FOTO
- 16-04-2021 15:28 Ərdoğan: "Yunanıstan Lozanna müqaviləsini pozur"
- 16-04-2021 12:36 Metyu Brayza: ATƏT-in Minsk Qrupu obyektiv struktur deyil
- 16-04-2021 10:36 Azərbaycan XİN Paşinyana şeirlə cavab verdi
- 15-04-2021 16:58 XİN həmsədrlərin son bəyanatına münasibət bildirib
- 15-04-2021 12:29 Türkiyənin yeni səfiri Bakıya gəlir
- 14-04-2021 13:00 "Rəsmi Bakı 7 bölgənin eyni vaxtda geri qaytarılmasını tələb edirdi"
- 14-04-2021 09:58 Sahibə Qafarova bu gün Rusiyaya səfər edəcək
- 13-04-2021 14:00 Sülhməramlılar regiondan çıxandan sonra nə olacaq?
- 13-04-2021 12:31 "Putinlə "İsgəndər-M"lə bağlı məsələni müzakirə etmişik"
- 13-04-2021 10:16 İlham Əliyev ADA Universitetində keçirilən konfransda çıxış edir - CANLI
- 12-04-2021 15:11 Balaxanı Sənaye Parkı ilə bağlı SƏRƏNCAM
- 12-04-2021 14:42 Lukaşenko Azərbaycana gəlir
- 12-04-2021 12:16 Prezident müxalifəti təmsil edən vitse-spikeri təltif etdi
- 09-04-2021 15:12 Prezident Ailə Məcəlləsində dəyişiklikləri təsdiqlədi – Yeni qaydalar
- 09-04-2021 14:44 BMT TŞ-da debatlarda Ermənistanın mina xəritələrini təqdim etməməsi məsələsi qaldırılıb
- 09-04-2021 12:05 İlham Əliyev Rusiya Federasiyasının baş prokurorunu qəbul etdi
- 09-04-2021 11:23 Ceyhun Bayramovun erməniləri təşvişə salan çıxışının - VİDEOSU
- 09-04-2021 09:56 BMT Baş Assambleyasının prezidenti Azərbaycanda
- 08-04-2021 15:30 BMT Baş Assambleyasının Prezidenti bu gün Azərbaycana gəlir
- 08-04-2021 11:51 İƏT XİN Şurası Azərbaycanla bağlı tədbirlər planı qəbul edəcək