Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Fevral

2020
09:41
Ramiz Mehdiyev sədr təyin edildi

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yeni tərkibi müəyyənləşib.

Baş Nazir Əli Əsədov tərəfindən imzalanan müvafiq qərar Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilib.

"Elm haqqında” 2016-cı il 14 iyun tarixli Qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2016-cı il 9 avqust tarixli Fərmanına əsasən Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının tərkibi yeni redaksiyada verilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev şuranın sədri, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev şura sədrinin müavini, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Şuranın məsul katibi təyin ediliblər.

AMEA-nın birinci vitse-prezidentləri - akademik İsa Həbibbəyli və akademik İbrahim Quliyev, AMEA-nın vitse-prezidentiləri - akademik Nərgiz Paşayeva, akademik Rasim Əliquliyev, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının direktoru, akademik Əhliman Əmiraslanov, Rəfail Mirzəyev (Fövqəladə Hallar nazirinin birinci müavini), Rahim Əliyev (Səhiyyə nazirinin müavini), Rauf Hacıyev (Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, biologiya elmləri doktoru), Sevinc Həsənova (İqtisadiyyat nazirinin müavini), Firudin Qurbanov (Təhsil nazirinin müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru), Sevda Məmmədəliyeva (Mədəniyyət nazirinin müavini, AMEA-nın müxbir üzvü), Elçin Zeynalov (Kənd Təsərrüfatı nazirinin müavini, texnika elmləri doktoru), Elmir Vəlizadə (Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar nazirinin müavini), Rövşən Əhmədov (Müdafiə Sənayesi nazirinin müşaviri), İqbal Babayev Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-mayor, texnika elmləri doktoru), Heydər Piriyev (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi, general-leytenant), Ceyhun Salmanov (Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini), Balarəhim Quliyev (Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini), Rövşən Rüstəmov (“Azərkosmos” ASC sədrinin müavini”) şuranın üzvləri təyin ediliblər.  

Məqalədə : Ramiz Mehdiyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da kitabxananın qiyməti 150 manata qaldırıldı

29

Fevral
14:10
BÖLMƏNİ DÜZ SEÇ!
207

Bakıda gənc qadın pnevmoniyadan öldü

29

Fevral
13:42
HÜQUQ,HADİSƏ
241

Bakıda itkin düşən 5 nəfər tapılıb

29

Fevral
09:48
HÜQUQ,HADİSƏ
338

Atəşkəs rejimi 22 dəfə pozulub

29

Fevral
09:30
HƏRB
332

İstirahət günlərinin hava proqnozu

28

Fevral
17:41
ÖLKƏ
476
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-02-2020 16:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru