Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyun

2019
14:38
272
Ramil Usubov 170 gəncin polisə qəbul olunmasını tapşırıb

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iyunun 8-də Gəncə şəhərində Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən, Goranboy, Xocalı və Naftalan şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək üçün müraciət edən gənclərin sıra baxışını keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, aidiyyatı baş idarə və ərazi polis orqanları rəislərinin də iştirak etdikləri tədbirdə qeyd olunan bölgələrdə yaşayan, post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək istəyən ümumilikdə 380 şəxs iştirak edib.

Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, iddiaçıların arasından daha hazırlıqlı olan 170 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün müvafiq tapşırıqlar verilib.

Namizədlər qarşısında çıxış edən nazir Prezident İlham Əliyevin mükəmməl təhsilə, yüksək mənəvi və işgüzar keyfiyyətlərə, hərtərəfli dünyagörüşə malik gənclərin dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün tövsiyə və tapşırıqlarını xatırladıb, bu istiqamətdə hər zaman zəruri addımların atıldığını, hazırkı seçimin də göstərilən sahədə uzun müddətdir həyata keçirilən məqsədyönlü kadr siyasətinin növbəti əyani təzahürü olduğunu bildirib.

Qeyd olunub ki, şəxsi heyətin hazırlıq səviyyəsinin artırılması, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi ölkə və DİN rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdən, daim nəzarətdə saxlanılan məsələlərdəndir.

Nazir R.Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək onlara öz tövsiyələrini verib, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Məqalədə : polis Ramil Usubov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
1226

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1610

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2697

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1056

Sabahın havası - İstilər davam edir

25

İyun
13:51
ÖLKƏ
1083

Günün qarşılaşmaları TV AFİŞA

25

İyun
12:50
İDMAN
1523

Dünən Bakıda 16 nəfəri gün vurub

25

İyun
12:18
ÖLKƏ
1083
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 16:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru