Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2019
17:43
654
Ramazan bayramı günlərində havanın temperaturu açıqlanıb

Azərbaycanda Ramazan bayramı günlərində müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirib ki, iyunun 5-6-da ölkə ərazisində hava yağmursuz keçəcək.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında iyunun 5-də günəşli hava şəraiti gözlənilir: “Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 31-36 dərəcə isti təşkil edəcək. İyunun 6-da şimal küləyinin sürəti arabir 18-20 metrə çatacaq. Həmin gün 31-36 dərəcə isti olacaq.

Rayonlarda da hava yağmursuz olacaq. Lakin bəzi dağlıq ərazilərdə lokal qısa müddətli şimşək, yağış ehtimalı var. Əksər rayonlarda yağmursuz və isti hava şəraiti müşahidə olunacaq.

Aran rayonlarında iki gün ərzində kifayət qədər yüksək temperatur gözlənilir. Maksimal temperatur 34-39 dərəcəyə qədər yüksələcək. Respublikanın dağlıq ərazilərində 25-30 dərəcə isti təşkil edəcək. Bu həftə sonuna qədər hava şəraitində ciddi dəyişikliklər gözlənilmir. Yüksək temperatur yaxın 3-4 gün ərzində davam edəcək”.

U.Tağıyeva qeyd edib ki, keçən ilin iyun ayının ilk günlərində Bakıda havanın temperaturu 24-25 dərəcə təşkil edirdi: “Bu ilin iyun ayında isə keçən illə müqayisədə temperatur 8-10 dərəcə yüksəkdir. Hazırda Bakıda 35 dərəcə isti müşahidə olunur. İqlim norma ilə müqayisədə havanın temperaturu, təxminən, 5-6 dərəcə yüksəkdir”.

Məqalədə : hava yüksək temperatur 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1308

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1747

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1068

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1424

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1156

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1771

6300-dən çox bakalavr ixtisas seçimi edib

17

İyun
11:12
ELM / TƏHSİL
1212

Azərbaycan nefti bahalaşıb

17

İyun
10:59
İQTİSADİYYAT
1148

Masallıda pomidor əkən fermerlərə ziyan dəyib

17

İyun
10:30
HÜQUQ,HADİSƏ
803

Moodys Türkiyənin reytinqini azaldıb

17

İyun
10:19
DÜNYA
1336
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 14:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru