Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2019
20:37
2569
Ramazan ayının 29-cu gününün duası - AUDİO

04 iyun - 29 Ramazan

İmsak: 03.22

Sübh azanı: 03.27

İftar: 20.23

İftar duası: "Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"

29-cu günün duası: Bismillahir-Rahmanir-Rahim. Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin

İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!

29-cu günün namazı:  2 rükət namazdır ki, "Həmd"dən sonra 20 dəfə “Tövhid” surəsi.

Ramazan ayında gündəlik namazlardan sonra oxunan dua:  

OXUNUŞU: Bismillahir-Rəhmanir-Rəhim. Ya əliyyu, ya əzim. Ya ğəfuru, ya rəhim. Əntərrəbbul-əzim. Əlləzi ləysə kəmislihi şəy. Və huvəs-səmiul bəsir. Və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur. Və huvəş-şəhrulləzi fərəztə siyaməhu ələyy. Və huvə şəhru Rəməzan. Əlləzi ənzəltə fihil Qur`an. Hudəl-linnasi və bəyyinatin minəl-huda vəl furqan. Və cəəltəha fihi ləylətəl-qədr. Və cəəltəha xəyrən min əlfi şəhr. Fəyazəl mənni və la yumənnu ələyk, munnə ələyyə bifəkaki rəqəbəti minən-nar, fimən təmunnu ələyh və ədxilnil-cənnəh. Birəhmətikə ya ərhəmər-rahimin.

TƏRCÜMƏSİ: Bağışlayan və mehriban Allahın adı ilə! Ey uza, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən! Sənsən böyük Allah. Bir Allah ki, bənzəri yoxdur. O, eşidən və görəndir. Bu Ramazan ayı Sənin bütün aylardan böyük və kəramətli etdiyin, şərəfli edib üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etdin. O, Ramazan ayıdır. Elə bir ay ki, həmin ayda insanları doğru yola yönəldən, hidayətlə bağlı aydın dəlillərə sahib olan və haqqı batildən ayıran Quranı nazil etdin. O ayda “qədr gecəsi”ni yerləşdirib, onu min aydan xeyirli və üstün etdin. Ey minnət sahibi, Sənə minnət qoyulmaz. Məni minnət qoyulan bəndələrinin zümrəsində əzabdan azad etməklə boynuma minnət qoy. Məni cənnətə daxil et, ey rəhm edənlərin ən rəhmlisi!

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1149

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1326

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1767

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1070

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1426

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1162

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1773

6300-dən çox bakalavr ixtisas seçimi edib

17

İyun
11:12
ELM / TƏHSİL
1215

Azərbaycan nefti bahalaşıb

17

İyun
10:59
İQTİSADİYYAT
1150
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 15:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru