Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2019
20:23
320
Rafael Cəbrayılov: “Deputat vəsiqələrimi girov qoymamışam`

“Deputat vəsiqələrimi girov qoymağım barədə məlumatlar tamamilə yanlışdır və absurddur".

FaktXəbər-in APA-ya istinadən məlumatına görə, bunu deputat Rafael Cəbrayılov keçirdiyi mətbuat konfransında deyib.O bildirib ki, həmin qadına Almaniyaya getmək üçün təminat məktubu verib: “Lakin vəsiqəmi girov qoymamışam. Təranə Fətəliyeva adlı qadın ginekoloqdur, ailəvi yaxınıq.  Qardaşım Elşənin tikinti şirkəti pul qoyub. Devalvasiyadan sonra onlar arasında problem yarandı. Mənə zəng elədi, bizə gəldilər. Xanımın əlləri əsirdi, deyirdi ki, Elşən onu təhqir edib. Elşənə zəng elədim, dedi ki, devalvasiyadan sonra məbləği 3 qat qaldırıblar. Mənzil təklif elədik. Qəbul etmədi. Mənimlə bağlı məhkəməyə müraciət elədi".

R. Cəbrayılov haqqında yayılan məlumatlardan sonra deputatlıqdan imtina etmək qərarına gəldiyini bildirib: "Bakıda olsaydım, həmin gün mətbuat konfransı keçirərdim. Bu gün Bakıya gəlmişəm.  Həyat yoldaşım ikinci ürək əməliyyatı keçirmişdi. Haqqımda yazılanlar dəhşət idi. Türkiyədə qərar gəldim ki, istefa verim. Bakıya gələn kimi istefa məktubunu təqdim etdim. Bəziləri tələsdiyimi dedi. Mən gəlib burda çıxış etməyə utandım. Ona görə birbaşa istefa verdim. Şəxsi qərarımdır. Sizə söz verirəm ki, bütün problemlər həllini tapacaq".

O, artıq istirahət etmək istədiyini bildirib.

O, yenidən parlament seçkilərində iştirak edib-etməcəyini haqda düşündüyü deyib: "Allah Kərimdir. Hələ seçkilərə bir il müddət var".

Məqalədə : Rafael Cəbrayılov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
47

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
319

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
143

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
63

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
131

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
53
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 01:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru