Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2021
10:21
Rafael Ağayev 14-cü dəfə Avropa çempionatının finalına çıxdı - FOTO

Azərbaycanın üç karateçisi Xorvatiyanın Poreç şəhərində start götürən Avropa çempionatının finalına yüksəlib.

Oxu.Az xəbər verir ki, Monteneqro, Bosniya və Herseqovina, Albaniya və İtaliyadan olan rəqiblərinə qalib gələn P.Abdullayev (-84 kq) finalda Uğur Aktaşla (Türkiyə) qarşılaşacaq.

Finaladək Kipr, Fransa, Avstriya, Danimarkadan olan rəqiblərinə qalib gələn İrina Zaretskayanın (-68 kq) isə həlledici görüşdə rəqibi Vasiliku Pnetsidu (Yunanıstan) olacaq.

Milli komandanın ağır çəkidə idmançısı Asiman Qurbanlı (+84 kq) isə Avropa çempionatının bürünc medalı uğrunda mübarizə aparacaq. O, yarımfinalda serbiyalı Slobodan Biteviçə məğlub olub. Qitə üçüncüsü olmaq üçün Asiman Qurbanlını Herolind Nişevçi (Kosova) ilə görüş gözləyir.

Roman Heydərov (fərdi kata) üç dövrəni uğurla başa vuraraq bürünc medal görüşünə vəsiqə qazanıb. Üçüncü yer uğrunda görüşdə onun rəqibi Avropa çempionu Mattia Buzato (İtaliya) olacaq.

Qadın karateçimiz Fəridə Əliyeva (+68 kq) zədə aldığından çempionata qatılmayıb.

Rafael Ağayev (-75 kq) isə dünən finala vəsiqə qazanıb. Onun 12-ci dəfə qitənin ən güclüsü olmaq imkanı var. Bu onun 14-cü Avropa çempionatının finalı olacaq.

Qeyd edək ki, medallar uğrunda həlledici görüşlər mayın 22-də keçiriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
175

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
291

Azərbaycan nefti ucuzlaşıb

18

İyun
10:57
İQTİSADİYYAT
285

İranda prezident seçkiləri keçirilir

18

İyun
09:43
DÜNYA
275

Neftin ucuzlaşması davam edir

18

İyun
09:22
İQTİSADİYYAT
297
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2021 03:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru