Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2011
12:57
RADİO BELƏ YARANDI
Radionun tarixçəsi - radio həyatımıza nə vaxt daxil oldu. Kim icad etdi. İlk radio dalğaları necə yaradıldı?

Radio (lat. radio - şüalandırıram, şüa buraxıram; radius - şüa) - naqilsiz əlaqənin bir növüdür. Radiosiqnalların ötürülməsi və qəbul edilməsi prosesini təmin edən qurğu vasitəsi ilə təmin edilir. Bu qurğu radioqəbuledici adlanır. Radioəlaqənin iş prinsipi radioötürücü və radioqəbuledici qurğular arasında əlaqə yaradılmasına əsaslanır.

Radionun tarixçəsi - radio həyatımıza nə vaxt daxil oldu. Kim icad etdi. İlk radio dalğaları necə yaradıldı?

Televiziya bu gün ən məşhur elektronik xəbərləşmə şəkli olmasına baxmayaraq, radio hələ ən məşhur yayım orqanı vasitəsi olaraq yerini qorumaqdadır. Radio, xalqın təhlükəsizliyinin təmin edilməsində, sənaye istehsalında, əkinçilikçilikdə, nəqliyyatda, əyləncə dünyasında, kosmos səyahətlərində xəbərləşmələrdə istifadə edilməkdədir.



İtalyalı alim Guglielmo Markoni radionun atası olaraq qəbul edilir. İngiltərəli alim Ceyms Maksvell 1865-ci ildə elektronik olaraq çıxarılan radio dalğalarının yayılma nəzəriyyəsini yaradıb. Alman fiziki Heinrix Hertz, 1888-ci ildə Maksvellin nəzəriyyəsini praktiki olaraq inkişaf etdirərək bu mövzuda yeni nailiyyətlər əldə edib. Markoni ilə birlikdə 1898-ci ildə ilk radio rəsmi olaraq yaradıldı. İlk istifadəsi gəmidən sahilə xəbərləşmə idi. 1923-cü ildə yüksək tezlikli radio dalğalarının iyonsferə çarparaq dünyaya qayıtdığı isbat ediləndən sonra radio, dəniz səviyyəsindən yüksəkdə xəbərləşmə də daxil olmaq üzrə sürətlə yayıldı.

İLK RADİO 3 "S" HƏRFİ SƏSLƏNDİRİB

İlk kəşf bu şəkildə reallaşdı: Markoni gəmidə kəşf etdiyi radio ilə sahildə olan xidmətçisinə kabelsiz teleqraf vasitəsilə 3 dənə "S" hərfi göndərdi. Miqnaninin assistenti də siqnalı aldığı zaman havaya atəş açmalı idi. Markoni 3 "S" hərfini göndərmə əmrini verdiyində yer üzündə ilk dəfə radio dalğaları yayıldı, 3 "S" hərfi kosmosda gəzdi və dinləyicilərə çatdı. İtalyan hökuməti bu gənc ixtiraçının ixtirası ilə heç maraqlanmadı. Ancaq gəncin İrlandiyalı anası ona sona qədər dəstək göstərdi və oğlunu İngiltərəyə göndərdi. İngiltərədə gənc ixtiraçı yüksək cəmiyyətin üzvü olan bir qohumunun yanında yaşamağa başladı. Markoni İngiltərədə iki elm adamı ilə birlikdə çalışmağa başladı. O, 1897-ci ildə bir simsiz teleqraf şirkəti qurdu. Burada apardığı işlərin nəticəsi olaraq daha uzaq məsafəyə siqnallar göndərməyi öyrəndi. 1899-cu ildə Marconi tarixdə ilk dəfə olaraq, simsiz teleqraf siqnalını La-Manş boğazının üstündən keçməklə Fransaya göndərdi.

Q. Markoni radio dalğalarının bütün Yer kürəsini əhatəyə alacağına inanırdı. 12 dekabr 1901-ci il tarixdə radio dalğaları Atlantik okeanını keçib Amerikaya çatdı. Bu hadisə bütün dünyada böyük əks-səda doğurdu. Marconinin sistemi çox keçmədən İngilis və İtalyan donanması tərəfindən istifadə olunmağa başladı. O özü isə gördüyü işlərin nəticəsində çox varlandı. Böyük ixtiraçı 1937-ci ildə vəfat etdi. Onun ölüm xəbəri bütün dünyanın radio stansiyalarında eyni vaxtda yayımlandı, növbəti iki dəqiqə ərzində isə stansiyalar siqnal göndərməyib ixtiraçıya hörmət əlaməti olaraq işlərini dayandırdılar.



Ancaq radionun öz icadı olduğunu iddia edən bir çox alim olub. Simsiz teleqraf patentinə sahib olan Nikolai Tesla, Olive Lodqe bu iddianı atanlardandılar. Rusiyalı alim Aleksandr Stepanoviç Popov isə ilk radio dalğalarını çatdırdığı da deyilir. O, ilk dəfə deyəndə ki, səsi naqilsiz ötürmək olur, çoxları onun bu sözünə gülmüşdülər. Ancaq Popov bilirdi ki, havanı da naqil kimi istifadə etmək olar. Elektromaqnit sahəsinin fəzada dalğa şəklində yayılmasını ilk dəfə 1887-ci ildə alman alimi Henriks Hers təcrübi olaraq təsdiq edib. Ancaq o, öz kəşfinin praktiki əhəmiyyətini subut edə bilmirdi. Nəhayət, məşhur rusiyalı mühəndis Aleksandr Stepanoviç Popov səs şüalarını qəbul edən qurğu kəşf etdi. Bununla da dünyada ilk radionun kəşf edən oldu. Bu hadisə 1895-ci ilin aprelində baş verib. 1901-ci ildə isə italyan Gulielma Markioni tərəfindən ilk radio yayımı reallaşdırılıb. Ancaq indi dünyada hər kəs Markioninin radionu kəşf etdiyini deyir. İlk vaxtlar insanlar bu elektron KİV-i «kağızsız və məsafəsiz qəzet» adlandırırdılar.

Nəhayət 1895-ci ildə A. S. Popov

tərəfindən radiovericinin köməyilə siqnalların naqilsiz məsafəyə ötürülməsi də tətbiq edildi. Bununla elmdə iki şey öz təsdiqini tapdı. Maksvell nəzəri, Hers isə təcrübi olaraq müəyyən etdilər ki, elektromaqnit dalğasında elektrik sahəsinin intensivlik vektoru və maqnit sahəsinin induksiya vektoru həm bir-birinə, həm də dalğanın yayılma istiqamətinə (sürətinə) perpendikulyardır.

İlk radionu kəşf edənin Popov, yoxsa Markioni olması barədə çox mübahisələr olub. Hətta buna lətifələr də qoşulub. Popovun radio kəşf etməsini tənqid edən bir yazar yumor olsun deyə belə bir məşhur sözü var. “Ruslar radionu kəşf edən ixtiraçının Popov olduğunu iddia edirlər. Amma bütün dünyada radionun ixtiraçısı kimi Popovu yox, italyan Guglielmo Markionini qəbul edilir, çünki radionun kəşfi patentini məhz o alıb. Popov ilk radio aparatı quraşdırır, kanalları qarışdırarkən belə bir siqnal alır: Diqqət! Diqqət! Danışır BBC radiosu”.



1920-ci ildə böyük Amerika şirkətləri toplanaraq əllərində olan ixtiraları birləşdirdilər və monopoliya yaratdılar. Vestinqhouse, GE, ATT və RCA şirkətləri görüşdülər. Vestinqhouse və General Electric, Amerikadakı bütün radioları çıxarmaqda və bunları RCA markasıyla satırdılar.  ATT şirkəti isə yayım üçün lazım olan təchizatları istehsal edirdi. Radionun kəşfi və inkişafı əslində günümüzün ünsiyyət texnologiyalarının inkişaf modelini göstərir. Televiziya, telefon, mobil telefon, internet, kabelsiz şəbəkə, eyni zamanda xəbərləşmə proqramları və bənzər texnologiyaların inkişafı, texniki müvəffəqiyyətdən daha çox sınaq, satışa çıxarmaq və ixtira üzərinə qurulub.

BƏS AZƏRBAYCAN RADİO NƏ VAXT YARANIB?

Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da yaradılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə «Danışır Bakı!» ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. İlk dövrdə Bakı studiyası indiki Istiqlaliyyət küçəsi, 10 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının (keçmiş Ismailliyyə) üçüncü mərtəbəsində cəmi 3 otaqda fəaliyyət göstərirdi.

Şəhər yayım şəbəkəsinin mərkəzi məntəqəsi sayılan birinci otaqda bütün divar boyu böyük lampalarla təchiz olunmuş aparatlar qoyulmuşdu. Ikinci otaq studiyaya giriş idi. Efirə çıxmaq üçün dəvət olunanlar burada öz növbəsini gözləyirdilər. Ondan sol tərəfdə kiçik bir kabinə var idi. Bu kabinədən studiyanın içərisini görmək və nəzarət etmək üçün balaca bir pəncərə açılmışdı. Pəncərənin qarşısında adi çemodanın içində qurulan aparat bir tərəfdən studiyanın mikrofonunu, digər tərəfdən isə nəqledici xətti birləşdirirdi. Üçüncü otaqda döşəməsinə türkmən xalıları salınmış, divarları tünd yaşıl məxmərlə örtülmüş studiya yerləşirdi. Otağın yuxarı tərəfində mizin üstündə kub şəklində bir mikrofon var idi. Studiyanın ortasında «Steinway» royalı qoyulmuş, divarlar boyu stullar düzülmüşdü.

Studiyanın giriş otağından soldakı kiçik otaqda müdir, hesabdar və yazı makinasında işləyən katibə otururdular. Həmin yerdəki B-4 tipli radioqəbuledici aparatın vasitəsilə müdir radio verilişlərinin texniki keyfiyyətini yoxlayırdı.

QEYDLƏR:

Qeyd 1: Hans Kristian "Orsted" cərəryanın kompasın iynəsini oynatdığını təsadüfən tapmışdı.

Qeyd 2: Əslində Nikolayi Tesla, bir ixtiraçı olmaqla yanaşı həmdə bir alim idi. Radio kəşfindən əlavə alternativ axın, "X" şüaları, cazibə kimi fərqli sahələrdəki işləriylə günümüz elektirik mühəndisliyinə çox şey qazandırmışdır.

Emin Nəsirli

Məqalədə : RADİO BELƏ YARANDI 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
161

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
175

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
210

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
349
Şərhlər
nermin memedov tərəfindən 06-11-2013 22:58:07 tarixində yazıldı
salam
salam men sizin yazivizi cox beyendim cox maraqli idi sagolun
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 22:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru