Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Avqust

2019
10:09
Qurban bayramı ilə bağlı üç qurum açıqlama yayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı və Daxili İşlər Nazirlikləri Qurban bayramı münasibəti ilə birgə açıqlama yayıb.

Faktxeber.com-a açıqlamanı mətni təqdim edir:

"Hər zaman milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşan Azərbaycan xalqı Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd edir. Bu bayram cəmiyyətimizdə mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilir.

Adi günlərlə müqayisədə daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyi Qurban bayramında qurbanlıq heyvanın kəsiminin qaydalara uyğun, sanitar-gigiyena tələbləri çərçivəsində həyata keçirilməsinə xüsusi diqqət yetirilməlidir. Kəsimdən əvvəl və sonra müvafiq baytarlıq müayinəsinin keçirilməsi heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərtdir.

Bayram günlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı və Daxili İşlər nazirlikləri tərəfindən əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyası genişləndirilib.

Bununla əlaqədar bildiririk ki, heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarları, məhəllələr, parklar və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq arayışı olmadan iri və xırda buynuzlu heyvanların daşınması yolverilməzdir.

Qurban bayramı ilə bağlı hər üç qurum gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün respublika üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi vətəndaşların ixtiyarına veriləcək. Həmin kəsim məntəqələrinin ərazilər üzrə ünvanları artıq media vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılıb. O da qeyd olunmalıdır ki, mütəxəssislərin metodiki tövsiyəsi ilə hazırlanmış çadır tipli kəsim məntəqələrində qurbanlıq heyvanların satışı ilə yanaşı onların kəsimi, hazırlanması və digər xidmətlər yerli icra strukturları tərəfindən təmin ediləcək".

Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı və Daxili İşlər nazirlikləri bu bayram günlərində qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan şəxslərə küçələrdə və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan satışı və kəsimini, baytarlıq-sanitariya və gigiyenik normalara cavab verən stasionar və çadır tipli heyvan kəsimi məntəqələrində həyata keçirməyi bir daha tövsiyə edir.

Vətəndaşlardan xahiş olunur ki, bayram günlərində sağlamlığı şübhə doğuran heyvanlarla bağlı, eyni zamanda, küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı müşahidə olunduqda Daxili İşlər Nazirliyinin “102” Xidməti - Zəng Mərkəzinə, Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə, Kənd Təsərrüfatı Nazirliyinin isə 1652 “Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər.

Müqəddəs Qurban bayramınız mübarək!

Məqalədə : Qurban bayramı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda qəza - prospektdə tıxac yarandı

15

Fevral
13:22
HÜQUQ,HADİSƏ
495

Qarabağada erməni əsgəri ölüb

15

Fevral
12:22
HƏRB
375

İmişlidə 1500 abonentin qazı kəsilib

15

Fevral
11:58
ÖLKƏ
374

Vilayət Eyvazov baş mühəndisi rəis təyin etdi

15

Fevral
10:48
HÜQUQ,HADİSƏ
621

Tovuzda yanğın baş verib

14

Fevral
17:30
HÜQUQ,HADİSƏ
533

Yerdən 980 manat tapan şəxs pulu sahibinə qaytarıb

14

Fevral
17:20
HÜQUQ,HADİSƏ
662
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-02-2020 00:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru