Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 May

2021
14:45
Quran oxumağı öyrənmək istəyənlər üçün yeni dərs vəsaiti dərc olunub

"Əlif-Bə: Qurani-Kərim əlifbası və Təcvidül-Quran" adlı yeni kitab işıq üzü görüb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Faktxəbər-ə verilən məlumata görə, kitab Qurani-Kərimi oxumağı öyrənmək istəyənlər üçün dərs vəsaiti olaraq nəzərdə tutulub. Kitabın müəllifi Qafqaz Müsəlmanları İdarəsi Xarici Əlaqələr şöbəsinin rəhbəri Vüsal Cahangiridir.

Sadədən mürəkkəbə sistematik şəkildə tərtib olunmuş kitabda bütün izah və şərhlər asanlıqla anlaşılan dildə verilib. Bunun sayəsində kitab olduqca rahat oxunur və istənilən yaş qrupu üçün uyğundur.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin xeyir-duası ilə nəşr olunmuş kitabın məsləhətçiləri QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev və QMİ sədrinin müavini Fuad Nurullayevdir. Kitabın redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyevdir.

Kitab Quran oxumağı öyrənmək istəyənlərə pulsuz təqdim olunur. Kitabı əldə etmək istəyənlər QMİ-yə, birbaşa müəllifin özünə müraciət edə bilərlər.

Məqalədə : Quran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda istehlak bazarı cüzi kiçilib

15

İyun
12:53
İQTİSADİYYAT
322

Sabahın hava proqnozu

15

İyun
11:44
ÖLKƏ
315

Azərbaycan neftinin qiyməti 74 dolları keçib

15

İyun
09:26
İQTİSADİYYAT
600
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2021 05:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru