Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2020
11:19
Qunnar Panke: ``Nar` koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır”

“Koronavirus pandemiyası ilə mübarizənin aparıldığı bu həssas dövrdə “Nar” üçün ən vacib məsələ 2,3 milyon abunəçisinin xüsusi ehtiyaclarının nəzərə alınmasıdır. Mobil operator olaraq virusla mübarizə üçün təxirəsalınmaz addımlar atırıq”. Bunu “Nar”ın Baş İcraçı direktoru Qunnar Panke xüsusi karantin rejimi dövründə müştərilərinə təqdim etdikləri xidmətlər barədə İTV telekanalına müsahibəsində deyib. Q. Panke qeyd edib ki, müştərilərə fasiləsiz xidmətlər göstərmək üçün gücləndirilmiş iş rejimində çalışırlar. Abunəçilərin sağlamlığının mobil operator üçün böyük əhəmiyyət daşıdığını bildirən Baş İcraçı direktor xüsusi karantin rejimi dövründə müştərilər üçün özəl xidmətlər yaratdıqlarını bildirib. 

Q.Panke müştərilərin evdə qalması üçün “Nar”ın təqdim etdiyi onlayn və səyyar xidmətlər, eləcə də şəbəkəsi haqqında da məlumat verib: “Bu dövrdə bizim qarşımızda duran iki məsələ var idi. Birincisi, şəbəkəmizə xüsusi diqqət ayırdıq. Çünki karantin rejimində insanların daim əlaqədə qalması çox vacibdir. Ona görə də 24/7 rejimində şəbəkəyə nəzarət edən komandalarımız gücləndirilmiş rejimdə işləməyə başladı. İkincisi isə Müştəri Xidmətlərimizi tam hazır vəziyyətdə gətirdik ki, karantin dövründə abunəçilərimiz günün 24 saatı, həftənin 7 günü istənilən vaxt bizimlə əlaqə saxlaya bilsinlər.

Bundan başqa, koronavirus pandemiyasının mobil operatorun biznesinə təsiri barədə də danışan Q.Panke vurğulayıb ki, mart ayının ikinci yarısından etibarən, gəlirlərin azaldığı müşahidə edilir. Çünki insanlar evdə olarkən mobil xidmətlərdən deyil, sabit internet və telefon şəbəkəsindən istifadə etməyə üstünlük verir. Bunlara baxmaraq, “Nar” abunəçilərinə təqdim etdiyi sərfəli qiymətlərə sadiq qalır. 

Məqalədə : Nar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiyada helikopter sərt eniş edib

26

May
09:44
DÜNYA
402

“Azsığorta”dan oğurluq olub

25

May
13:39
HÜQUQ,HADİSƏ
316

Neftçala sakinindən 10 kq narkotik götürülüb

25

May
13:00
HÜQUQ,HADİSƏ
233

Biləsuvarda narkotacirlər tutuldu

25

May
12:40
HÜQUQ,HADİSƏ
271
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2020 23:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru