Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Fevral

2020
10:48
Qubada yeniyetmələr evə girdilər, amma heç nə oğurlamadılar

Qubada oğurluq edən yeniyetmələr saxlanılıb.

Daxili İçlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba rayon sakini İskəndər Hacıyev cari ilin fevral ayının 19-da Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus rayonun Qələdüz kəndi ərazisində yerləşən bağ evinə naməlum şəxslərin oğurluq məqsədi ilə daxil olduqları barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları hadisə yerində olublar. Araşdırmalar nəticəsində evə qanunsuz daxil olan şəxslər tərəfindən heç bir əşya və ya pul oğurlanmadığı məlum olub.

RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməli rayonun Dağlı kənd sakini olan iki yeniyetmə tərəfindən törədildiyi məlum olub. Həmin yeniyetmələr saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Dindirilmə zamanı onlar evə oğurluq niyyəti ilə daxil olduqlarını və tutduqları əməldən peşmançılıq çəkdiklərini bildiriblər.

Faktla əlaqədar Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

Məqalədə : Quba oğurluq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4661

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3162

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2521

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2096
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 02:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru