Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2019
09:54
2256
Quaido tək qalacaq: ABŞ bütün diplomatlarını çıxarır

Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo bəyan edib ki, Vaşinqton bu həftə Venesueladakı bütün diplomatlarını çıxaracaq. FaktXəbər bildirir ki, bu barədə o, Twitter səhifəsində yazıb.
 
"Bu həftə Venesueladakı ABŞ səfirliyindən bütün heyət geri çağırılacaq. Bu qərar ölkədə vəziyyətin pisləşməsindən irəli gəlir",-deyə bəyanatda qeyd olunur.

Bu arada Venesuela prezidenti Nikolas Maduro elan edib ki, ölkənin enerji sisteminin obyektlərinə sabotaj cəhdində şübhəli bilinən iki nəfər saxlanılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Venesuela 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-03-2019 03:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com