- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Bu gün müəllimlərimizin ən böyük problemlərindən biri mənzil problemidir. Ev almaq və tikmək onlar üçün çox çətindir. İpoteka kreditlərindən isə şərtləri onlar üçün ağır olduğuna görə yararlana bilmirlər.
Bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin plenar iclasındakı çıxışında deyib.
Millət vəkili vurğulayıb ki, ipoteka kreditləri, o cümlədən Prezidentin sosial evlərlə bağlı imzaladığı sənədlər və tapşırıqlar çox önəmli bir məsələdir: "İnanırıq ki, bu istiqamətdə işlər müvafiq qurumlar tərəfindən sürətlə aparılacaq, çünki buna böyük ehtiyac var. Amma bu layihənin şərtlərinə görə ondan yalnız 35 yaşdan az yaşı olan müəllimlər, gənc ailələr yararlana biləcəklər. Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm. Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan istifadə edə bilməsi çox vacib məsələdir. Amma bu gün orta məktəb müəllimləri ipotekadan yararlanaraq öz mənzil problemlərini həll edə bilmirlər. Özəlliklə orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması və s. şərtlər əsas gətirilir və onların əksəriyyəti bu sistemdən yararlana bilmirlər. Ona görə də orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var, onların da güşətli ipotekadan güzəştli qaydada yararlana bilən qrupa daxil edilməsinə böyük ehtiyac var". (trend.az)
- 19-02-2019 15:55 Orta məktəblər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər
- 19-02-2019 10:59 Buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafiki müəyyən olunub
- 15-02-2019 10:33 Təhsil nazirindən abituriyentlərə və tələbələrə şad xəbər - VİDEO
- 15-02-2019 10:06 DİM buraxılış imtahanı keçirəcək
- 14-02-2019 20:53 Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb
- 14-02-2019 14:25 Bakalavriat səviyyəsi üzrə 70-ə yaxın ixtisas birləşdirilib və ya ləğv edilib
- 14-02-2019 10:12 Rezidenturaya qəbul elan edilib
- 13-02-2019 16:10 BDU məzunları üçün müsabiqə elan etdi
- 13-02-2019 14:53 Qruplar üzrə ləğv olunan ixtisaslar - SİYAHI
- 13-02-2019 14:50 Məleykə Abbaszadə repetitorları ittiham etdi
- 13-02-2019 10:04 Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!
- 12-02-2019 11:42 Dillər Universiteti açıqlama yayıb
- 12-02-2019 10:11 Nazirlik təhsili olmayan şəxslərin bacarıqlarının tanınması üçün layihə hazırlayıb
- 12-02-2019 09:59 Müəllim-şagird nisbətinə dair metodologiya təsdiq edilib
- 12-02-2019 09:18 Bakalavriat üzrə ixtisasların təsnifatı təsdiqlənib - SİYAHI
- 11-02-2019 16:50 Elm dünyasına möhür vuran qadınlar
- 11-02-2019 15:46 Yuxuda xarici dil öyrənməyin üsulu tapılıb
- 11-02-2019 10:29 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb
- 11-02-2019 08:59 Kimlər gənc alim hesab olunacaq? - Yaş dəqiqləşdirildi
- 09-02-2019 11:19 Məktəbdə biabırçı olay: direktorla valideyn saçyolduya çıxdı - VİDEO
- 08-02-2019 16:52 Qazaxda müəllim məktəbdə ölüb
- 08-02-2019 15:54 Ali məktəblərə qəbulun I və II mərhələsi üzrə onlayn sınaq imtahanları keçiriləcək
- 08-02-2019 12:27 1504-dən çox tələbə oxuduğu ali məktəbi və ixtisası dəyişmək istəyir
- 08-02-2019 10:39 Bakı məktəblərində işə qəbul olmaq istəyənlərin qeydiyyatı başa çatıb
- 07-02-2019 15:30 Orta məktəb müəllimləri üçün qiymətləndirmə keçirilir