Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 İyul

2021
15:16
QMİ sədri və dini konfessiyaların rəhbərləri Polad Həşimov və İlqar Mirzəyevin məzarını ziyarət ediblər

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və Azərbaycanda fəaliyyət göstərən pravoslav, katolik, yəhudi, alban-udi dini konfessiyalarının rəhbərləri Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad İsrayıl oğlu Həşimovun və polkovnik İlqar Mirzəyevin İkinci Fəxri Xiyabandakı məzarlarını ildönümü münasibətilə ziyarət ediblər.

QMİ-dən verilən məlumata görə, keçən il iyulun 14-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və silahli qüvvələrimizin 11 nəfər zabit və əsgərinin xatirəsi din xadimləri tərəfindən ehtiramla yad edildi. Onların şərəfinə Qurani-Kərim tilavət edildi, ruhlarına dualar oxundu, məzarları önünə gül dəstələri düzülüb. Dini konfessiya rəhbərləri Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman döyüşçüləri barəsində rəhmət duaları ilə çıxışlar ediblər.

Şeyxülislam Allahşükür Paşazadə Vətənimizin işğaldan azad olunması üçün canını fəda etmiş qəhrəman şəhidlərimizi xüsusi ehtiramla yad edərək ailələrinə səbr və dəyanət arzuladı, qazilərə şəfaət duaları diləyib. QMİ sədri qeyd edib ki, Zəfər və uğur salnaməsi yazmış Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində doğma Qarabağı işğaldan azad edib, əsarətdə olan məscid və məbədlərimizi, milli-mənəvi irsimizi, dini abidələrimizi öz həqiqi sahiblərinə qaytarıb, şəhidlərimizin qanını yerdə qoymayıb:

"Bu gün Azərbaycan xalqı qüdrətli dövlət başçısının rəhbərliyi ilə əzəli torpaqlara Böyük Qayıdışı təmin etmək, dağıdılmış bölgəmizə yeni nəfəs vermək, Qarabağda müasir, yüksək səviyyədə həyat şəraiti yaratmaq istiqamətində fövqəladə zəhmətlər reallaşdırır. Dindarlarımız və din xadimlərimiz adından dövlət rəhbərliyinin bu məsuliyyətli dönəmdəki fədakar fəaliyyətlərinə minnətdarlığımızı ifadə edir, Uca Allahdan onların səylərinə rəvac diləyirik. Allah cümlə şəhidlərimizə rəhmət eləsin!".

Anım mərasimində ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələrindən Bakı və Azərbaycan yeparxiyasının nümayəndəsi Konstantin (Pimenov), Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Roma Katolik kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, Avropa yəhudiləri dini icmasısnın sədri Aleksandr Şarovski və digərləri iştirak ediblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xocalıda silah-sursat aşkarlanıb

29

İyul
14:32
HƏRB
315

Bayden Obamanı Trampla səhv saldı

29

İyul
14:19
DÜNYA
320

Erməni terrorçu qrupun üzvlərinə hökm oxunub

29

İyul
13:30
HÜQUQ,HADİSƏ
305

Sabahın hava proqnozu açıqlandı

29

İyul
13:03
ÖLKƏ
272

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

29

İyul
12:38
MƏNƏVİYYAT
495

Azərbaycan nefti yenidən bahalaşıb

29

İyul
11:14
İQTİSADİYYAT
335

Neftin bahalaşması davam edir

29

İyul
10:47
İQTİSADİYYAT
396
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-07-2021 01:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru