Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Fevral

2020
16:41
QMİ cümə namazlarına gedən dindarlara müraciət etdi

“Qafqaz Müsəlmanları İdarəsi koronavirusla bağlı məscidlərə, məscid rəhbərlərinə və imamlara xüsusi tapşırıqlar verib”.

Bu barədə REAL TV-yə QMİ-nin sədr müavini Fuad Nurullayev məlumat verib. O bildirib ki, insanlar kütləvi şəkildə gəlib Cümə namazlarında iştirak edir:

“Bacardıqları qədər təmasda olmamağa çalışsınlar. Bəzən adi bir haldan böyük ajotaj yarana bilir. Biz gigiyenik tədbirlərə xüsusi şəkildə riayət edilməsini istəyirik. Müəyyən insanlar var ki, səcdə zamanı möhürə baş vurur. Əgər imkanları varsa, hərə öz möhürünü evindən gətirsin. Bununla da hansısa şübhələrin yayılmasının qarşısını alsınlar”.

F. Nurullayev həmçinin təxirə salınan Ümrə ziyarətindən də danışıb. Onun sözlərinə görə, idarənin nümayəndəsi Səudiyyə Ərəbistanın Azərbaycandakı səfiriylə görüşüb: “Səudiyyə Ərəbistanının koronavirusla bağlı Ümrə ziyarətinə gedişin müvəqqəti dayandırılması məsələsi müzakirə edilib. Bu müvəqqəti xarakter daşıyır. Mütəxəssislər deyir ki, havalar istiləşəndə virusun yayılması minumum səviyyədə olur. Səudiyyə Ərəbistanında istilər tez başlayır. Yəqin ki, havalar istiləşəndən sonra ziyarət yenidən bərpa ediləcək. Məsələ Azərbaycan dövlətinin ciddi nəzarəti altındadır. Ölkənin müxtəlif ərazilərində qabaqlayıcı dezinfeksiya işləri görülür”.

Məqalədə : Fuad Nurullayev koronovirus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53365

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51538

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53013

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52692

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58088

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52361

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52757
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-11-2020 16:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru