Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2021
13:31
QMİ: Tezliklə məscidlərdə ibadətlərin tam bərpası üçün dualar edək

Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) ibadət yerlərinin fəaliyyətinin bərpası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına münasibət bildirib.

İdarənin rəsmi feysbuk səhifəsində yayılan məlumatda deyilir:

"İyunun 10-dan fəaliyyəti bərpa ediləcək dini ibadət yerlərinin necə fəaliyyət göstərəcəyinə dair xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə Nazirlər Kabinetinin verdiyi qərarda bildirilir ki, dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla fəaliyyəti bərpa ediləcək. İnşallah, tezliklə məscidlərdə ibadətlərin tam bərpası üçün dualar edək".

Qeyd edək ki, iyunun 10-u saat 00:00-dan etibarən Azərbaycanda dini ibadət yerlərinin fəaliyyətinə icazə veriləcək. Dini ibadət yerlərinin fəaliyyətinə eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla icazə veriləcək.

Məqalədə : QMİ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda istehlak bazarı cüzi kiçilib

15

İyun
12:53
İQTİSADİYYAT
307

Sabahın hava proqnozu

15

İyun
11:44
ÖLKƏ
300

Azərbaycan neftinin qiyməti 74 dolları keçib

15

İyun
09:26
İQTİSADİYYAT
585
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2021 04:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru