Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Avqust

2019
12:57
973
Qida təhlükəsizliyində ictimai nəzarət mexanizmləri gücləndirilir - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi sahəsində maarifləndirilməsi tədbirlərini davam etdirir. Ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində vətəndaşların prosesə aktiv cəlb edilməsi, ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi məqsədilə agentlik tərəfindən həyata keçirilən tədbirlərin miqyası genişləndirilir.

AQTA-dan verilən məlumata görə, vətəndaşların diqqətini qida təhlükəsizliyi mövzusunun vacibliyinə çəkmək, prosesdə onların rolunu əhəmiyyətli dərəcədə artırmaq, istehlakçıların ictimai nəzarətdə aktiv iştirakını təmin etmək üçün agentlik əhalinin gediş-gəlişinin sıx olduğu ərazilərdə, küçələrdə, ictimai nəqliyyat vasitələrində məlumat lövhələri yerləşdirib.

Belə ki, Bakı Metropoliteninin stansiyalarında quraşdırılan monitorlarda və paytaxt ərazisində hərəkət edən “BakuBus” avtobusları üzərində vətəndaşları prosesdə aktiv iştiraka səsləyən maarifləndirici şüarlar və məlumatlar yerləşdirilib. “İstehlak etdiyin qida məhsullarına diqqət et! Unutma ən yaxşı qida nəzarətçisi elə sən özünsən!”, “Sağlam gələcəyə gedən yol həm də qida təhlükəsizliyindən keçir. İstehlakçı olaraq hüquqlarını öyrən və öz mövqeyini ortaya qoy!”, “Ailənin və sevdiklərinin sağlam gələcəyi üçün sən də bizə qoşul. Təhlükəsiz gələcəyə gedən yolda birgə addımlayaq!” və s. kimi müxtəlif şüarların əks olunduğu məlumatlar vətəndaşları ictimai nəzarətdə aktiv iştiraka çağırır.

Qeyd edək ki, agentlik tərəfindən əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl olaraq müxtəlif maarifləndirici layihələr həyata keçirilməkdədir. Burada əsas məqsədlərdən biri də vətəndaşların yeni qida təhlükəsizliyi sistemi ilə bağlı məlumatlılığını genişləndirmək, onların bu prosesdə aktiv iştirakını təmin etməkdir.

Məqalədə : AQTA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan son 8 ayda 58,4 mln dollar qazanıb

18

Sentyabr
15:59
İQTİSADİYYAT
173

Əlilliyin təyin edilməsi üçün yeni model hazırlanır

18

Sentyabr
15:51
AİLƏ, SAĞLAMLIQ
198

Azərbaycanda 7 məhkəmə hakimi cəzalandırılıb

18

Sentyabr
15:47
HÜQUQ,HADİSƏ
177

Lənkəranda 2 maşın toqquşdu, ölən var

18

Sentyabr
15:44
HÜQUQ,HADİSƏ
173

Deputatların pensiyası artırılacaq

18

Sentyabr
15:27
İQTİSADİYYAT
204

Roqozin Türkiyəni Baykonura çağırdı

18

Sentyabr
15:19
DÜNYA
200

Siyasi hücumlar üçün virus aşkarlanıb

18

Sentyabr
14:57
MARAQLIDIR
210

Rusiyada terrorun qarşısı alınıb-VİDEO

18

Sentyabr
14:31
DÜNYA
327

“Azərişığ”ın maşını aşdı - Ölənlər var

18

Sentyabr
14:16
HÜQUQ,HADİSƏ
338

Sentyabrın 19-na gözlənilən hava proqnozu

18

Sentyabr
12:56
DÜNYA
329
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 23:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru