Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2020
15:21
Qəhrəman İran xalqının tarixi əlamətdar günləri

İran İslam İnqilabının Dahi Rəhbəri İmam Ruhullah Musəvi Xomeyni Rizvanullah rəşadətli bir inqilab ruhiyyəli, qələbə amallı, azadlılq ünvanlı yenilməz həyat yolu qət etdi. Həbslər, sürgün və hicrətlərlə müşahidə olunan inqilab yolunda yorulmamaq, hər növ təcridlərə qalib gələrək bir an belə sarsılmamaq, zülmə, müstəbidliyə, istibdada və köləliyə qarşı barışmamaq nümunəsi yaradan bu qeyri-adi mütəfəkkir planetimizə unudulmaz məktəb bəxş etdi. Azadlıqsevən xalqlar bu gün və gələcəkdə İmam Xomeyni inqilab məktəbinin qüdrətindən bəhrələnərək istibdad zəncirinin həlqələrini asanlıqla qıra bilirlər. 

İnqilab Rəhbəri yaşadığı cəmiyyətin layiq olmadığı bir pozucu rejimin köləsi olduğu muhitin mahiyyətini çox ustalıqla açmaq üşün Allahın Ona verdiyi fitrətdən yararlandı. 1963-cü ildən 1978-ci ilə kimi İmam Xomeyni bütün təcrid və təhdidlərə baxmayaraq insanları xarici qüvvələrin ölkəni və ölkə xalqını öz tamahlarına qurban verməyi, hakimiyyətə xalqla necə rəftar etməyi diktə etməklə onu alçaltmağı, cəmiyyəti bütövlükdə mənəvi tənəzzülə uğratmağı qəbul etməməyə hazırlamaqla qələbənin təminatını yaratdı. 

İnqilabın qələbəsi imperialist dairələrini çox ciddi narahat etdi. Onlar dünyada qələbə ilə nəticələnən inqilabın və yeni siyasi sistem olan həqiqi İslam dövlətçilıiyinin yaranmasını, inkişafını qəbul edə bilməzdilər. Məhz buna görə də Amerika başda olmaqla istismarçı siniflər İslam dövlətinə qarşı xarici hərbi müdaxilələrin təşkilinə, himayəçisi olmağa ciddi səylər göstərdilər. Amma onlar başa düşmürdülər ki, inqilabın qələbəsini bir qrup insan deyil, bütöv İran xalqı təmin edib və bu mücahid, şəhidpərvər xalq heç zaman, heç bir düşmənə yaratdıqları sistemə əl uzatmağa imkan verməyəcək. 

Xalqı üçün, dini və ölkəsi üçün yaşadığı həyat yolu, qəhrəmanlıq duhası və uzaqgörən dünyagörüşü, Uca Yaradanın İnsandan istəyinin təcəllası İmam Xomeynini ölməzliyə qovuşdurdu. Bu günlər İmamın Allahın hüzuruna yollandığı və şah rejimi ilə mübarizəyə başladığı günlərin ildönümüdür. Bütün dünyanın tərəqqipərvər, zülmə baş əyməyən xilqətləri bu nümunəvi İnqilab Rəhbərinin həyatının hər gününü və o cümlədən tarixi əlamətdar günlərini böyük şövqlə qeyd edir. Bu münasibətlə Azərbaycan İslam Partiyası İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamnei Cənablarına, İran xalqına təsniyyət və təbrik bildirir.

Məqalədə : İran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ömrü 28 il qısaldan zərərli vərdiş məlum oldu

12

Aprel
09:45
AİLƏ, SAĞLAMLIQ
105

Neft yenidən bahalaşıb

12

Aprel
09:20
İQTİSADİYYAT
136

AMB-nin valyuta məzənnələri

12

Aprel
09:08
İQTİSADİYYAT
135

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
645

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
676

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
772

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
692

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
799

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
625
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-04-2021 10:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru