Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2019
09:06
3692
Qüds Günü – dünya müsəlmanları zülmə etiraz edir!

Ramazan ayının son cüməsi tarixi bir günə təsadüf edir. Bu, Ümumdünya “Qüds Günü”dür. Bu il də Ramazan ayının son cümə günü, yəni may ayının 31-i “Qüds  günü” bütün dünyada qeyd olunacaq.

Bu müqəddəs günün tarixinə nəzər salaq...

Hələ qədim dövrlərdən tarixçi mütəfəkkirlərin “Vəhyin əski paytaxtı” adlandırdıqları Qüds şəhəri elə o vaxtdan bu günədək ziddiyyətlərin, çəkişmələrin mərkəzində yer almaqdadır. Bəziləri hesab edir ki, zülmkarlığın, haqsızlığın ziddiyyətin episentri olan bu müqəddəs şəhər həm də zülmə, haqsızlığa qarşı etiraz simvoludur.

“Qüds günü” isə ilk dəfə 1982-ci ildən başlayaraq İranda, Livanda, Suriyada və digər müsəlman ölkələrində qeyd olunsa da, artıq xristian dünyasında da bu gün müxtəlif səpkili tədbirlər keçirilir. 

Qüds günü təkcə Fələstində deyil, eyni zamanda  bütün dünyada zülmə məruz qalan müsəlman və ya qeyri-müsəlmanların  bir növ cəbhəsi sayılır. Bununla da hegemonluq edənlərə, sionizm və sionizmin təsirində olan qüvvələrə etiraz olunur.

Tarixə nəzər...

18-ci əsrdən başlayaraq 20-ci əsrin əvvəllərində İslam dünyası demək olar ki, imperialistlərin dünyanı yenidən bölüşdürülməsi mərhələsini çox ağır şəkildə yaşadı. Həm Birinci, həm də İkinci dünya müharibəsi  isə müsəlmanlar üçün böyük bəlalara səbəb oldu. Orta Şərqdə xəritə üzərində sərhədləri cızılaraq yaradılan yeni dövlətlər həm də yeni ərazi münaqişələrinə, müharibələrə səbəb oldu.

20-ci əsr müsəlman dünyasının ən böyük faciəsi isə məhz Fələstində yaşandı. Min illər boyu bu torpaqlarda yaşamış Fələstin xalqı yəhudi dövlətçiliyi ideyasının qurbanına çevrildi.  XX əsrin əvvəllərindən başlayaraq Fələstində yəhudi bölgələri yaradan silahlı dəstələr Fələstin xalqına qarşı soyqırımı həyata keçirdi, qəsəbələr, kəndlər yer üzündən silindi, minlərlə insan öldürüldü, 100 minlərlə insan isə didərgin salındı. Osmanlı imperiyası zamanı başlayan bu proses 1922-ci ildə Fələstin əraziləri Britaniya İmperiyasının tərkibinə verildikdən sonra daha şiddətləndi və nəhayət, 1948-ci ildə İsrail dövlətinin yaradılması ilə pik həddə çatdı. Bu gün dünyanın əksər ölkələrinə səpələnən fələstinli qaçqınların ümumi sayı 6 milyondan çoxdur. Bu isə Fələstin xalqının 68%-ni təşkil edir. Müsəlmanların ilk qibləsi, 3 müqəddəs məsciddən biri olan Əl-Əqsa məscidinin yerləşdiyi Qüds şəhəri işğala məruz qaldı və yəhudilərin nəzarəti altına düşdü.

Bir çox tarixçilər Fələstin hadisələrini XX əsrdə müsəlman dünyasının yaşadığı ən böyük fəlakət hesab edirlər. Dünyanın bütün bölgələrində yaşayan vicdanlı insanlar Fələstin faciəsinə səssiz qala bilmir, müxtəlif formalarda öz etirazlarını bildirirdilər. 1969-cu il avqustun 20-də sionistlərin Məscidül-Əqsanın bir hissəsini yandırması İslam dünyasında kəskin etirazlara səbəb oldu. Bu hadisəyə kəskin reaksiya bildirən iranlılar şahdan israrla yəhudilərin ölkədən çıxarılmasını tələb etdilər. İran şahı Məscüdül-Əqsanın məscidinin təmirini öz üzərinə götürməklə yerli narazılığı sakitləşdirməyə çalışsa da, ruhanilər bəyanat verərək şahın bu işini sionistlərin özbaşınalıq və vəhşiliklərini ört-basdır etməsi kimi qiymətləndirdi.

Müsəlmanlar “Qüds Günü”nü  həm də  müsəlman dünyasının üzləşdiyi problemlərin simvolu hesab edirlər. Kəşmir, Əfqanıstan, İraq, Çeçenistan, Bosniya-Hersoqovina, Fələstin və nəhayət, Qarabağ müharibəsi müsəlman aləminin yaşadığı faciələrdəndir.

Minlərlə müsəlmanın öldürülməsinə, yüz minlərlə insanın qaçqın düşməsinə, tarixi İslam abidələri də daxil olmaqla, böyük bir mədəni irsin məhv olmasına səbəb olan Qarabağ münaqişəsi XX  əsrin sonlarında baş verən,  müsəlman aləminin ən böyük faciələindən biridir.

Qarabağ münaqişəsi nəticəsində böyük bir müsəlman ərazisi işğal olunub, dinc, günahsız müsəlmanlar soyqırımına məruz qalıb. İslam abidələri talan edilərək alçaldılıb, təhqir olunub. Bu mənada mahiyyət etibarı ilə Qarabağ müharibəsi də Qüds, Fələstin, Bosniya, Kəşmir, Myanmar, Əfqanıstan qədər ağrılıdır. Çünki hər biri müsəlman torpağı, zülmə məruz qalanlar isə müsəlmanlardır.

Həzrət Məhəmmədin (s.ə.s) söylədiyi kimi “Möminlər bir-birilərini sevməkdə, bir-birilərinə mərhəmət etmək və qorumaqda bir bədənin üzvləri kimidirlər. Bədənin bir üzvü xəstə olduğu zaman digər üzvlər də yuxusuzluğa və qızdırmalı xəstəliyə tutular”. Bu mənada Qüds günü həm də Qarabağ deməkdir, eləcə də digər müsəlman dərdləri deməkdir.

Məhz Ramazan ayında qeyd olunması baxımından Qüds günü məzhəb ayrılığı qoymadan, müsəlmanlar arasında vəhdət yaratmaq fürsətidir.

Məqalədə : Qüds günü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
607

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
790

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1524

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
202

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1785

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
830

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
269

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
225

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
278

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
229
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 05:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru