Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2018
20:17
28818
Qədeşin `Hüseyniyyə`sini bağladılar - FOTO

Bir müddətdir sosial şəbəkələrdə özünü din xadimi kimi təqdim edən Seyid İsa Ələkbər (əsl adı Hənifəyev İsa Emin oğludur - red.) Yasamal rayon Polis İdarəsinə çağırılaraq ifadəsi alınıb və ona "Hüseyniyyə" adı ilə fəaliyyət göstərən yerin qeyri-qanuni fəaliyyət göstərdiyi bildirilərək, oranın bağlanması tapşırılıb. 

Onun məclisində iştirak edən, amma adının çəkilməsini istəməyən şəxslərdən birinin FaktXəbər-ə bildirdiyinə görə, İsa Hənifəyev məclisləri paytaxt Bakının Yasamal rayonunda yerləşən I Alatava yaşayış massivində ailəsinə məxsus qarajda keçirirmiş: "Bir-iki dəfə getmişəm onun məclisinə. Keçirdiyi məclislər sadəcə özünü reklamdan başqa bir şey deyil. Dayana-dayana pafosla danışaraq, özünü xarizmatik lider hesab edirdi. Onun feysbukdakı paylaşımlarına diqqət etsəz, kim olduğunu anlayarsınız. Əslində o özü də bilmir kimdir. Özünü Azərbaycanın "ən gənc din xadimi" kimi təqdim etsə də, hərəkətlərindən qədeşə oxşayır. Harada dini təhsil alması barədə heç bir məlumatım yoxdur, amma savadsız olması dəqiqdir. Feysbukdakı paylaşımlarına baxsanız, bunu daha rahat görərsiniz. Son zamanlar isə özünü böyük İslam alimi Seyid Musa Sədrə oxşadır. Deyir onunla eyni missiyanı icra edir. Cəmiyyətin müxtəlif təbəqələrindəki şəxslərlə guya əlaqə qururmuş kimi, onlarla şəkil çəkdirir."

Qeyd edək ki, onun feysbuk profilinə baxaraq deyilənlərə şahid olduq. Doğrudan da o, əvvəlcə həmin qaraja "Qədir Xum Hüseyniyyəsi" adını verib. Bundan əlavə, özü barədə tanımış şəxs obrazı yaratmaq üçün müxtəlif din xadimləri - Hacı Şahin Həsənli, Hacı Ramil Bədəlov, Hacı Soltan Əlizadə, Hacı Əhliman Rüstəmovla, Seyid Əliəkbər Ocaqnejadla, o cümlədən ictimai şəxslərlə - Hacı Nuran, Arif Quliyev, Rəfael Ağayev, Tahir Omanov və siarlərlə fotolarını paylaşıb. Ola bilsin ki, idarəyə çağırılmamışdan öncə ona dəfələrlə xəbərdarlıq olunub. O da bu xəbərdarlıqdan xilas olmaq üçün sonradan "Qədir Xum Hüseyniyyəsi" adını dəyişdirərək "Bakı Heydər Hüseyniyyəsi" qoyub və Heydər Əliyevin böyük bir şəklini asıb. Amma onun bu addımı heç nəyi dəyişməyib və idarədə ona sonuncu xəbərdarlıq edilib.

Məqalədə : Yasamal polisi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 08:01



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com