Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Yanvar

2018
12:05
Qışda maşının mühərriyini QIZDIRMAYIN!

Avtomobil eksperti  Ceyson Fenske qışda maşını qızdırmağın zərərini açıqlayıb. FaktXeber.com-un məlumatına görə, o, bu ideyalarını  özünün NouTube kanalı olan Engineering Explained-də izah edib.

Fenske bildirir ki, avtomobillərin əksəriyytəi injektor sistemi ilə təchiz olunub. Bu da  asta sürmə zamanı mühərriyin təhlükəsiz qızdırılmasına kömək edir. İnjektor sistemi sıfırdan aşağı temperaturlarla başa çıxa bilir. Bu da onu ötən əsrdə istifadə olunan  karbüratorlardan fərqləndirir, hansı ki, qışda onları startdan əvvəl bir müddət qızdırmaq lazım idi.

Bundan başqa, maşın hərəkətsiz dayanmaya nisbətdə gedərkən daha tez qızır. Fenske iddia edir ki, hərəkət halı olmadan mühərriyin qızdırılması  zamanı benzin  maşın yağına qarışa, beləliklə də mühərriyin aşınmasını sürətləndirə bilər.

Qeyd edək ki, bundan əvvəl də ekspertlər müasir maşınların qışda yola düşməzdən əvvəl qızdırılmasının əleyhinə çıxış etmişdilər. Bildirilirdi ki, maşını nə qədər çox qızdırırıqsa, boş yerə bir o qədər də çox yanacaq sərf edirik. Eksperimentlər zamanı aydın olub ki, 5 dəqiqəlik qızdırılma yanacağın sərf edilməsini 7-14%, 10 dəqiqəlik qızdırılma isə 12-19% artırır. Mühərrikin həcmi böyük olduqca yanacağın boş yerə israfı da artır. 

Əlavə xərclərdən başqa, maşının qızdırılması həmçinin atmosferə zərərli tullantıların atılmasını artırır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 20:42



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com