Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2021
15:33
Qəbul imtahanlarının tarixləri açıqlandı

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının II mərhələsi, əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının I və II mərhələsi, əlavə tədris və xarici dil imtahanlarının aşağıdakı qrafikə uyğun keçirilməsi planlaşdırılıb.

Dövlət İmtahan Mərkəzindən Faktxəbər-ə verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul imtahanlarının 2-ci mərhələsinin 2-ci cəhdinin keçirilib-keçirilməməsi haqqında avqust ayında respublikada mövcud olacaq sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qərar veriləcək.

İmtahanların vaxtını əks etdirən cədvəli təqdim edirik:

İmtahanların vaxtını əks etdirən cədvəli təqdim edirik:

S/s

İmtahanın adı

Keçirilmə tarixi

1.

- Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi;

- Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan.

1 iyul

2.

Bakalavriat səviyyəsinə qəbul imtahanı (II mərhələ), 1-ci cəhd:

 

III ixtisas qrupu

14 iyul

 

II və IV ixtisas qrupları

15 iyul

 

I ixtisas qrupu

27 – 28 iyul

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ Husilərin legitimliyini tanıdı

25

İyun
10:25
DÜNYA
220

Neftin bahalaşması davam edir

25

İyun
09:25
İQTİSADİYYAT
645

AMB-nin valyuta məzənnələri

25

İyun
09:14
İQTİSADİYYAT
685
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 11:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru