Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2018
14:14
Qəbul ballarının hesablama qaydası sadə dildə

Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 28-də keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

Abituriyentlərin və müəllimlərin uzun zamandır gözlədiyi balların hesablanma qaydası da DİM tərəfindən elan olunub. Lakin düsturlar riyazi dildə açıqlandığından əksər abituriyent  qaydaların onlara qaranlıq qalmasından narazıdır.

FaktXeber.com-un məlumatına görə, təhsil eksperti Kamran Əsədov göstərilən düsturların sadə dildə izahını verməyə çalışıb.

Həmin izahı təqdim edirik:

150 balla qiymətləndirilən fənlərdə 1 – 1.5 - 2 bal çəki əmsalını nəzərə aldıqda həmin fənnin hər bir sualının qiymətləndirilməsi aşağıdakı kimi olacağını düşünürəm:

22 ənənəvi qapalı testin hər biri – 4.5 bal (22x4.5=99)

4 ənənəvi rəqəmsal (seçim, hesablama, rəqəmsal və s.) – 4.5 bal (4x4.5=18)

1 ənənəvi uyğunluq testi – 6 bal (1x6=6)

3 situasiya (mətn,mənbə) əsasında yazıla bilən test tapşırıqlarının hər biri – 9 bal (3x9=27)

4 test bir doğru cavabı aparır və ya 1 qapalı test doğru cavabın 4/1-ini ləğv edir. Açıq testlərdə edilən səhvlər doğru cavablara təsir göstərmir. 100 balla qiymətləndirilən fənlərdə 1 – 1.5 - 2 bal çəki əmsalını nəzərə aldıqda həmin fənnin hər bir sualının qiymətləndirilməsi aşağıdakı kimi olacağını düşünürəm:

22 ənənəvi qapalı testin hər biri – 3 bal (22x3=66)

4 ənənəvi rəqəmsal (seçim, hesablama, rəqəmsal və s) – 4 bal (4x4=16)

1 ənənəvi uyğunluq testi – 4 bal (1x4=4)

3 situasiya (mətn,mənbə) əsasında yazıla bilən test tapşırıqlarının hər biri – 6 bal (3x6=18) 4 test bir doğru cavabı aparır və ya 1 qapalı test doğru cavabın 4/1-ini ləğv edir.

Açıq testlərdə edilən səhvlər doğru cavablara təsir göstərmir.

DİM-in təqdim etdiyi qayda isə belə idi:

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : imtahan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 09:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com