Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

17 Aprel

2017
21:45
3962
Qəbul imtahanlarında tətbiq ediləcək yeniliklər bir sıra suallar yaradıb - RƏSMİ CAVAB - VİDEO

Bu il abituriyentlər orta məktəbi bitirməmiş ali məktəbə imtahan verəcəklər.

Dövlət İmtahan Mərkəzinin ilk dəfə tətbiq etdiyi bu üsul bir sıra suallar doğurur. Aprel ayının 30-da ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək. Halbuki, həmin müddətədək orta məktəb proqramı tamamlanmır.

Dövlət İmtahan Mərkəzindən isə bildirilər ki, imtahandakı suallar bütün proqramı əhatə edir. Yəni həmin imtahanda şagirdlər keçmədikləri dərslərdən də suallarla qarşılaşa bilərlər.

Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə bunu belə izah edir ki, əslində ilk imtahan abuturiyentlər üçün bir fürsətdir. Yəni onların tədris proqramını tam bitirdikdən sonra da ikinci imtahanda iştirak etmək şansı var.

Digər bir məsəələ isə buraxılış imtahanlarının əhəmiyyəti ilə bağlıdır. Tutaq ki, bir abituriyent birinci qəbul imtahanında yüksək bal toplayıb. Onun buraxılış imtahanındakı nəticələrinin bir əhəmiyyəti qalırmı?

Xanlar Xanlarzadə deyir ki, buraxılış imtahanının nəticələri ixtisas seçimi zamanı lazım olur. Belə ki, abituriyentlərin eyni bal topladıqları halda ixtisas seçimində onların orta məktəb nəticələri nəzərə alınır. Attestat isə artıq qəbul olunduqdan sonra universitetlərdə qeydiyyata düşən zaman tələb olunur.

Digər tərəfdən, birinci imtahanda iştirak edən abituriyentlərin sınaq imtahanında iştirak etmək şansı yoxdur. Belə ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi birinci sınaq imtahanı may ayının 27-də, ikinci isə iyun ayının 11-də baş tutacaq.

Xanlar Xanlarzadə deyir ki, sınaq imtahanları ikinci qəbul imtahanında iştirak edənlər üçün nəzərdə tutulub. Nəzərə alsaq ki, hər bir abuturiyentin ikinci imtahanda iştirak etmək hüququ var, burada da heç bir ziddiyyətli məqam qalmır.

Digər bir sual isə ixtisas seçimi ilə bağlıdır. Belə ki, abituriyentlər aprelin 30-dakı ilk imtahanın nəticələrini əvvəlcədən bilsələr də, ixtisas seçimi ikinci imtahandan sonra olacaq.

İki dəfə imtahanın keçirilməsi, əslində abituriyentlərə öz nəticələrini yaxşılaşdırmaq fürsəti verir. Sadəcə olaraq hər iki imtahanda iştirak edənlər üçün ikinci imtahan ödənişlidir. Qeyd edək ki, II və III ixtisas qrupları üzrə ilk qəbul imtahanı aprelin 30-da, I və IV ixtisas qrupları üzrə isə mayın 7-də keçirləcək.(Xezerxeber)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 12:50

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru