Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Sentyabr

2013
14:30
Qax rayonu kameramızda

Yaşayış məskəni kimi Qaxın adına ilk dəfə Moisey Kalankatlı nın "Albaniya tarixi" əsərində rast gəlinir. IV əsrə aid hadisələrdən bəhs edən tarixçi Haku(Qax) adlı yaşayış məskəninin adını qeyd edir.

Rayonun ərazisi Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Rayon şimal-şərqdən Dağıstan Respublikası, cənubdan Gürcüstan Respublikası ilə həmsərhəddir.

Qax Azərbaycanın mühüm aqrar-sənaye rayonlarından biridir. Əsasən qərzəkli meyvələr (fındıq, şabalıd, qoz) rayonu kimi tanınır. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, meşələr, alp və subalp çəmənləri, qış otlaqları əkinçiliyin və heyvandarlığın inkişafını təmin edir. Dağlara yağan güclü yağışlar və qarın əriməsi nəticəsində də tez-tez çaylar daşır və sel hadisəsi baş verir. Bu əkin sahələrinə, bəzən isə yaşayış məntəqələrinə ziyan vurur. Rayon respublikanın mühüm meşə sərvəti regionlarındandır. Palıd, vələs, qarağac, qoz, şabalıd, müxtəlif cür meyvə ağacları, dərman bitkiləri, qonur ayı, dağ keçisi, qaban, müxtəlif quşlar buradakı meşələrin zəngin sərvətləridir. Bu zənginliyi qorumaq və artırmaq məqsədilə İlisu dövlət təbiət qoruğu yaradılmışdır. Qoruq ərazisinin əksər hissəsi Ağçay kəndinə düşür.

Rayon mərkəzində iqlim isti, rütubətli subtropik, dağlıq ərazidə (əsasən İlisu kəndində) isə soyuqdur.

Aparılmış siyahıya almaya əsasən Qax rayonunun 51 161 nəfər (76,92%-i azərbaycanlılar, 14,56%-i gürcülər, 5,11%-i saxurlar, 1,19%-i ləzgilər, 0,19%-i mesxeti türkləri, 0,18%-i ruslar, 0,02%-i Qafqaz avarları, 1,83%-i digər millətlər olmaq üzrə) əhalisi var.

Rayon iqtisadiyyatının əsasını bitkiçilik (xüsusilə tütün və taxılçılıq üzrə ixtisaslaşmışdır), heyvandarlıq məhsullarının istehsalı təşkil edir.
Yeyinti sənayesi bağçılıq, tütünçülük və heyvandarlıq məhsullarının emalına əsaslanır. Qax meyvə-tərəvəz konservi zavodları yeyinti sənayesinin əsas müəssisələridir. Burada istehsal olunan məhsullarının xeyli hissəsi başqa rayonlara göndərilir. Yağ-pendir, çörəkbişirmə, spirtli içkilər, şərq şirniyyatı məhsulları istehsal edən kiçik müəssisələr də fəaliyyət göstərir. Onların məhsulları əsasən yerli tələbatı ödəyir.
İqtisadi rayon bir sıra faydalı qazıntılarla zəngindir: kükürd, polimetal filizi. Dağlıq və dağətəyi yerlərdə, əsasən də çayların gətirmə konuslarında bol çınqıl, qum, gil və başqa tikinti materialları xammalı vardır.

Rayonda 59 yaşayış məntəqəsi vardır.

Almalı (Qax) Fıstıqlı Malax Qaxmuğal Süskən Çüdüllü
Amanlı Güllük Marsan Qaysarlı Tanqıt Üzümlü (Qax)
Armudlu (Qax) Keşqutan Meşəbaş Qazmalar Tasmalı İbaxlı
Ağyazı Kiçik Alatəmir Oncallı Qaşqaçay Turaclı İlisu
Ağçay (Qax) Kötüklü (Qax) Qapıçay Qımır Uzuntala (Qax) Şıxlar (Qax)
Baydarlı Ləkit Qarabaldır Qındırğa Xələftala Şotavar
Bağtala Ləkit Kötüklü Qarameşə Qıpçaq (Qax) Yeni İlisu Əlibəyli (Qax)
Böyük Alatəmir Ləkit Malax Qaratala Qorağan Zərnə Əmbərçay
Cəlayer Lələli Qaxbaş Qum (Qax) Zəyəm (Qax) Əmircan (Qax)
Dəymədağlı Lələpaşa Qaxingiloy Sarıbaş Çinarlı (Qax)  

Rübab Allahverdiyeva

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 11:38



  (+994 55) 786-96-84

  [email protected]mail.com

Valyuta.com