Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Oktyabr

2019
15:02
Qatilə 20 il verdilər: qohumları ömürlük tələb edir - QARŞIDURMA

Bakıda oğurluğa girdiyi evin sahibini öldürməkdə təqsirləndirikən şəxsin məhkəməsi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Kənan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror Kənan Əhmədov 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mərhumun yaxınları məhkəmə zalında narazılıq ediblər. Onlar qışqıraraq ömürlük cəza tələb ediblər.

Qətlə yetirilən qadının həyat yoldaşı da Kənan Əhmədova ömürlük cəza təyin edilməsini tələb edib.

"3 uşaq yetim qaldı. 30 yaşlı bir qadının başını kəsən şərəfsiz necə azadlığa çıxa bilər. Onlar analarının qatilini 20 ildən sonra azadlıqda görəcək? Bu uşaqlar onu öldürməsin, nə etsin?"- deyə hüquqi varis bildirib.

Məhkəmə zalında olan mərhumun yaxınları etiraz edərək qışqırmağa başlayıblar. Onlar təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr səsləndiriblər.

Hakim prosesi təxirə salmaq məcburiyyətində qalıb.

30 nəfərə yaxın şəxs məhkəmə icraçıları tərəfindən çətinliklə məhkəmə zalından çətinliklə çıxarılıb.

Onlar etirazlarını məhkəmə binasının qarşısında davam etdiriblər. Onlar prokurorun 20 il cəza tələbini ədalətsiz hesab ediblər.

Məhkəmə prosesi mərhumun yaxınları zaldan çıxarıldıqdan sonra davam etdirilib. Hökmə əsasən K.Əhmədova 20 il cəza təyin edilib.

Hökmə əsasən K.Əhmədov cəzasının 5 ilini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Baş Prokurorluğun yaydığı məlumata görə, aprelin 17-də rayonun Şağan qəsəbəsi, yeni yaşayış massivində 1986-cı il təvəllüdlü Məlikova Kütahi Yenibala qızının yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayətin K.Məlikovanın qonşuluğunda yaşayan 1983-cü il təvəllüdlü Şamaxı rayon sakini, Əhmədov Kənan Qalasan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. K.Əhmədov keçirilmiş istintaq hərəkətləri, o cümlədən ifadəsinin yerində yoxlanılması zamanı cinayət barəsində etirafedici ifadələr verməklə, qətl hadisəsindən sonra K.Məlikovanın yaşadığı mənzildən mərhuma məxsus oğurladığı  qızıl-zinət əşyalarını və hadisə vaxtı istifadə etdiyi bıçağı basdırdığı yeri göstərib. (musavat.com)

Məqalədə : məhkəmə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43079

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41398

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42962

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42472

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48003

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42444

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42828
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2020 05:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru