Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyul

2021
11:31
Qaradağ Rayon Polis İdarəsinə yeni rəis təyin edilib

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nizami Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ədalət Abbasov vəzifəsindən azad edilərək, Qaradağ Rayon Polis İdarəsinin rəisi təyin olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifəsində polis polkovniki İsfəndiyar Mehbalıyev idi. O, ötən ay öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib.

Xatırladaq ki, İ.Mehbalıyev Prezidentin keçmiş köməkçisi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun kürəkənidir.

Məqalədə : Vilayət Eyvazov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən bahalaşıb

27

İyul
09:14
İQTİSADİYYAT
165

Azərbaycan ABŞ-a yeni səfir təyin edib

26

İyul
15:04
SİYASƏT
365
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-07-2021 10:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru