Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Avqust

2019
14:08
Qarabağ erməniləri Paşinyanın Xankəndindəki çağırışlarını tənqid edib

“Ermənistanın baş naziri Nikol Paşinyan sələfi Serj Sarqsyanın səhvlərini təkrar etməməli və bütün qarabağlıların adından danışmamalıdır”.

Bu barədə Qarabağ ermənisi Artur Ağacanovun rəhbərlik etdiyi “Alban Avtokefal Kilsəsinin və türk-xristianlarının irsinin bərpası üzrə hərəkat”ının bəyanatında bildirilib.

Sənəd Tbilisidə təsis olunan “Ümumqafqaz Evi” beynəlxalq sülhməramlı qeyri-hökumət təşkilatının təqdimat tədbirində oxunub.

Bəyanatda qeyd olunub ki, 30 ildən sonra Xankəndində meydanda keçirilən mitinqdə yenidən “miatsum” çağırışı səslənib və bu da yolverilməzdir və Qarabağ münaqişəsində yeni gərginliyin yaranmasına aparır: "Biz Qarabağ azərbaycanlıları ilə birgə münaqişəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməliyik”.

Sənədi “Alban Avtokefal Kilsəsinin və türk-xristianlarının irsinin bərpası üzrə hərəkat”ının fəalları imzalayıblar./Report

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Təhsil naziri olimpiada qalibləri ilə görüşüb

17

Yanvar
17:25
ELM / TƏHSİL
244

MSK DSK-nın qərarını ləğv edib

17

Yanvar
15:50
SİYASƏT
289

Bakıda maşından polislərə atəş açıldı

17

Yanvar
14:20
HÜQUQ,HADİSƏ
576
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2020 05:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru