Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Fevral

2020
14:55
Qanunsuz transformator tikintisinə görə tikinti şirkətinə xəbərdarlıq edildi

FHN çoxmərtəbəli yaşayış binasının qarşısında tikilən qanunsuz transformator tikintisinə görə İcra Hakimiyyəti və tikinti şirkətinə xəbərdarlıq etdi.

Bu barədə “Rerport”a həmin binada yaşayan sakinlər bildiriblər.

Paytaxtın Xətai rayon, Natiq Əliyev küçəsi, 3 e ünvanında yaşayan sakinlərin sözlərinə görə, “Baku Luks” şirkəti çoxmərtəbəli yaşayış binasının qarşısında elektrik yarımstansiyasının tikintisinə başlayıb: 

“Yaşadığımız binanın qarşısında şirkət başqa bir bina tikir. Həmin bina üçün də elektrik yarımstansiyası bizim binanın qarşı tərəfində tikilir. Bu, normativ qaydalara görə, 10-15 metr aralıda olmalıdır. Binanın layihəsində bunun üçün 12 metr məsafə göstərildiyi halda, şirkət yarımstansiyanı binadan 5 metr aralıda tikməyə başlayıb. Bu transformatorda partlayışın olma ehtimalı var. Nəticədə binada yanğın ola bilər. Həmçinin, elektrik yarımstansiyasında təbii şüalanma baş verir. Bu da bina sakinlərinin, həyətdə oynayan uşaqların sağlamlığı üçün təhlükəlidir”.

Sakinlər dövlət qurumlarından, şirkət rəhbərliyindən elektrik yarımstansiyasının yerinin dəyişdirilməsini xahiş edirlər: 

“İstəyirik ki, elektrik yarımstansiyası normativlərə uyğun tikilsin. Bu, bizim üçün çox təhlükəlidir”.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva “Report”a bildirib ki, nazirlik tərəfindən Xətai rayonu, N.Əliyev küçəsi, 10 ünvanında yerləşən “Baku Luks” MMC-yə məxsus yaşayış binasının ərazisində elektrik yarımstansiyasının inşası ilə bağlı araşdırma aparılıb.

O deyib ki, FHN-ə şirkət tərəfindən heç bir icra hakimiyyəti orqanı ilə razılaşdırma sənədi təqdim olunmayıb: 

“Bununla bağlı Xətai Rayon İcra Hakimiyyətinə bildiriş göndərilib, şirkətin rəhbərliyinə isə xəbərdarlıq edilib. Nazirlik tərəfindən qurumların hər birinə məktub göndərilib. Bildirilib ki, elektrik yarımstansiyasının tikintisi ilə bağlı razılaşdırma sənədləri yoxdur. Əgər bununla bağlı tədbir görülməsə, müvafiq addımlar atılacaq”.

Qeyd edək ki, tikinti aparan şirkətin rəhbəri Fəqan Təhməzovdur.

Məqalədə : FHN xəbərdarlıq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da kitabxananın qiyməti 150 manata qaldırıldı

29

Fevral
14:10
BÖLMƏNİ DÜZ SEÇ!
170

Bakıda gənc qadın pnevmoniyadan öldü

29

Fevral
13:42
HÜQUQ,HADİSƏ
215

Bakıda itkin düşən 5 nəfər tapılıb

29

Fevral
09:48
HÜQUQ,HADİSƏ
328

Atəşkəs rejimi 22 dəfə pozulub

29

Fevral
09:30
HƏRB
322

İstirahət günlərinin hava proqnozu

28

Fevral
17:41
ÖLKƏ
471
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-02-2020 15:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru