Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 İyul

2019
12:30
1333
Qanunsuz tikilən evlərə görə kompensasiya verilməyəcək - RƏSMİ

“Vətəndaşlar tərəfindən özbaşına tikilən fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən beynəlxalq təcrübə öyrənilib və təhlillər aparılıb. Bunun əsasında müvafiq konsepsiya sənədi hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilib”. 

Bunu fikirləri söküləcək qanunsuz tikilən evlərə görə kompensasiyanın verilməsi ilə bağlı yayılan məsələlərə aydınlıq gətirən ƏMDK-nın mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov deyib.

Q.Xəlilov deyib ki, onun adından yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Qanunsuz tikilən evlərə görə kompensasiyanın veriləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Komitə tərəfindən həmçinin ölkədə mövcud bütün əmlakların uçota alınması və qeydiyyatı ilə bağlı digər ölkələrin təcrübələri öyrənilir. Burada vətəndaşlar tərəfindən özbaşına inşa edilmiş və onların uzun müddət istifadəsində olan sənədləşdirilməmiş fərdi yaşayış evlərinin qeydiyyatı ilə bağlı məsələlərdə var. Ölkə başçısının bu sahəyə xüsusi diqqəti və verdiyi tapşırıqlara əsasən artıq işçi qrupu yaradılıb. 

Həmçinin bütün rayonlarda yerli icra hakimiyyətinin, bələdiyyələrin və aidiyyəti dövlət təşkilatlarının nümayəndələrindən ibarət yerli ekspert komissiyaları yaradılıb. Artıq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Torpaqların Elektron Kadastr Uçotu başa çatmış şəhər və rayonlar üzrə müxtəlif təyinatlı torpaqlarda inşa edilmiş özbaşına tikililər barədə məlumatları elektron formatda yerli ekspert komissiyalarına təqdim edib. Komissiyalar yerlərdə həmin məlumatlar əsasında özbaşına tikililərin invertarlaşdırılması və dəqiqləşdirlməsi işlərini həyata keçirəcək”.(report)

Məqalədə : Qanunsuz evlər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Facebook"da yeni funksiya

21

Avqust
11:03
MARAQLIDIR
48

Siyəzəndə avtomobil qəzası: 8 nəfər yaralanıb

21

Avqust
10:11
HÜQUQ,HADİSƏ
105

Ağzının dadını bilən ayı - VİDEO

21

Avqust
10:10
MARAQLIDIR
145

Sudanda Suveren Şura yaradılıb

21

Avqust
10:08
DÜNYA
49

Azərbaycan nefti cüzi ucuzlaşıb

21

Avqust
09:55
İQTİSADİYYAT
76

Xarici valyutaların manata qarşı məzənnələri

21

Avqust
09:27
İQTİSADİYYAT
95

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
842
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 11:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru