Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Avqust

2019
14:55
1904
Qafqazın ən böyük elektrik stansiyası qurulur - VİDEO

Mingəçevir şəhərində yerləşən, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in yenidən qurulması prosesi sürətlə davam etdirilir.

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzindən bildirilib ki, 8 enerji bloklu stansiyanın artıq beşinci, altıncı, yeddinci və səkkizinci bloklarında yenidənqurma işləri yekunlaşmaq üzrədir və təmirinə başlanacaq digər dörd enerji blokunda işlər ilin sonunadək başa çatacaq. Paralel olaraq 500 kilovoltluq dörd yuvadan ibarət yarımstansiyanın üç yuvasında işlər yekunlaşıb, dördüncü yuvada isə yekunlaşmaq üzrədir. Bütövlükdə bu yarımstansiyada işlərin 90 faizi görülüb.

Ötən ilin iyulunda qəza baş verən 330 kilovoltluq yarımstansiyada isə 63 cərəyan transformatorunun hamısı dəyişdirilib. Ümumilikdə bu yarımstansiyada işlərin yarıdan çoxu başa çatıb. Eyni zamanda, 330 kilovoltluq yarımstansiya üçün tikilən idarəetmə mərkəzində işlər tamamlanıb və hazırda təmir edilən xətlərin mühafizə, avtomatika və idarəetməsinin mərhələli şəkildə yeni mərkəzə keçirilməsi prosesi gedir.

Bundan başqa, su kanalının beton qatının yenilənməsi işləri başa çatıb. Qarabağ kanalının üzərindən əhali üçün inşa edilən körpünün tikintisi yekunlaşır və bu günlərdə asfalt qatının vurulması prosesi həyata keçiriləcək. Həmçinin “Azərbaycan” İES-in 6 mərtəbəli mühəndis korpusu tamamilə yenidən qurulub. Yeni tikilən baş idarəetmə mərkəzində isə işlər yekunlaşmaq üzrədir.

Beləliklə, elektrik stansiyasının azot-oksigen, hava kompressor sahələrində, yağ və reagent təsərrüfatlarında, kimya sexində tikinti işləri başa çatıb, son sınaq işləri aparılır. Eyni zamanda, 6 kilometr məsafədə ərazinin hasarlanması və digər istiqamətlərdə də işlər sürətlə davam etdirilir. “Azərbaycan” İES-in yenidənqurulması prosesinin gələn ilin birinci yarısında yekunlaşdırılması planlaşdırılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Facebook"da yeni funksiya

21

Avqust
11:03
MARAQLIDIR
31

Siyəzəndə avtomobil qəzası: 8 nəfər yaralanıb

21

Avqust
10:11
HÜQUQ,HADİSƏ
94

Ağzının dadını bilən ayı - VİDEO

21

Avqust
10:10
MARAQLIDIR
125

Sudanda Suveren Şura yaradılıb

21

Avqust
10:08
DÜNYA
39

Azərbaycan nefti cüzi ucuzlaşıb

21

Avqust
09:55
İQTİSADİYYAT
68

Xarici valyutaların manata qarşı məzənnələri

21

Avqust
09:27
İQTİSADİYYAT
87

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
826

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
841
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 11:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru