Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Avqust

2021
12:35
Prokurorluq Sabirabadda üç nəfərin ölümü ilə bağlı açıqlama yayıb

Avqustun 20-i saat 23 radələrində Sabirabad rayonu, Əsgərbəyli kəndi ərazisində 3 nəfər şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Saatlı rayonu, Bəylər kənd sakini 1963-cü il təvəllüdlü Nizami Məhərrəmov 10-15 gün öncə arvadı 1976-cı il təvəllüdlü Ruhiyyə Məhərrəmovanın öz atası evinə getməsinə qəzəblənərək qeyd edilən tarixdə qaynatası 1936-cı il təvəllüdlü Əmirxan Əflatunovun rayonun Əsgərbəyli kəndində yerləşən evinə gələrək sonuncuları qoşalüləli ov tüfəngindən atəş açaraq öldürdükdən sonra həmin tüfənglə ürək nahiyəsinə atəş açaraq özünü öldürüb.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMB-nin valyuta məzənnələri

22

Sentyabr
09:25
İQTİSADİYYAT
155

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

21

Sentyabr
14:00
İQTİSADİYYAT
275

DYP sürücü valideynlərə müraciət edib

21

Sentyabr
13:37
NƏQLİYYAT
306

ABŞ və Britaniya İrana çağırış etdi

21

Sentyabr
12:51
DÜNYA
316

İran ABŞ-a çağırış etdi

21

Sentyabr
12:20
DÜNYA
352
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2021 10:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru